Tag Archives: Ölkə

09.09.2011/ 09:51; Su olan məkanda mütləq həyat olacaq

Su olan məkanda mütləq həyat olacaq  Planetimizin 2/3-hissəsi sudan, 1/3 hissəsi isə qurudan ibarətdir. Amma «su — həyat mənbəyidir» fikri çox-çox əvvəllər formalaşıb. Sonralar isə insanlara aydın olub ki, su — elə həyatın özü deməkdür. Hələ qədim zamanlarda müxtəlif məqsədlərlə aparılan amansız müharibələrdə mühasirəyə alınmış şəhərləri, yaşayış məntəqələrini və eləcə də qoşun birləşmələrini susuz qoymaqla onları diz çökdürmüşlər. Heç uzağa …

Daha ətraflı

02.08.2011/08:01; Qarpızın maraqlı xassələri

Qarpızın maraqlı xassələri Milyonlarla insanın sevimli giləmeyvəsi olan qarpız  sən demə maraqlı tərkibə malikdir. Amerika alimləri hətta onu “kişilərin dostu” adlandırmışlar. Məlum olmuşdur ki, qarpız “Viaqranın” əla əvəzedicisidir. Cinsi disfunksiyadan əziyyət çəkən kişilərə həkimlər qarpız yeməyi məsləhət görürlər.

Daha ətraflı

22.06.2011/10:45; Pomidor sortlarının toxumçuluğu

Pomidor sortlarının toxumçuluğu Pomidor öz-özünə tozlanan bitkidir. Çarpaz tozlanma 5% qədər olur. Ona görə 500-700 metr sahəyə izolyasiya qoyulur. Pomidor quşüzümü fəsiləsinə, quşüzümü cinsinə (SaloniumL) daxildir. Pomidor bitkisinin ilkin toxumçuluğu zamanı ancaq super elit və elit toxumlardan istifadə edilir.

Daha ətraflı

15.06.2011/10:54; Daş bizi qədimdən bu günə daşıyan bir vasitədir

Daş bizi qədimdən bu günə daşıyan bir vasitədir Daş dünəni bu günə,bu günü sabaha daşıyaraq, tarixi özündə yaşadan, əsrlərdən bəri insan həyatında, onun yaşam tərzində əvəzsiz rol oynayan müqəddəs və əvəzolunmaz bir varlıqdır! Daş tarixən bir təməl, bir mənbə olaraq bəşəriyyətin yaranmasında, onun inkişafında, tarixin formalaşmasında əvəzsiz rol oynayıb.

Daha ətraflı

13.06.2011/11:42; Gəncə şəhəri qısa müddət ərzində dünyanın ən müasir şəhərlərindən birinə çevriləcək

Gəncə şəhəri qısa müddət ərzində dünyanın ən müasir şəhərlərindən birinə çevriləcək Dövlət başçısının regional siyasəti sayəsində Gəncə bu gün ölkənin ən abad   şəhərlərindən birinə çevrilir! Son vaxtlarda Gəncədə olmayanlar şəhərə gələrkən gözlərinə inanmır və heyrətlərini gizlədə bilmirlər. Park və xiyabanlarda, hündürmərtəbəli binalarda, şəhərin asfalt yollarında, müxtəlif sosial obyektlərdə aparılan təmir-tikinti işləri şəhərin simasını təmamilə dəyişməyə başlayıb.

Daha ətraflı

10.06.2011/10:07; SEYID CƏFƏR PIŞƏVƏRI

SEYID CƏFƏR PIŞƏVƏRI Anadan olnıasının 120 və vəfatının 65 ili münasibətilə   Pişəvəri Seyid Cəfər Seyid Cavad oğlu Cavadzadə (Xalxali) 1892-ci ildə iyun ayının 21-də Cənubi Azərbaycanın Xalxal vilayətinin Zaviyə kəndində anadan olmuşdur. İranda (xüsusilə Cənubi Azərbaycanda) inqilabi hərəkatın görkəmli xadimlərindən biri və publisist idi. 1905-ci ildə ailəsi ilə birlikdə İrandan Bakıya köçmüşdür.

Daha ətraflı

29.05.2011/08:58; Nəsib bəyin şərəfinə ucaldılan ən böyük abidə qədirbilən insanların ürəklərindədir

Nəsib bəyin şərəfinə ucaldılan ən böyük abidə qədirbilən insanların ürəklərindədir Nəsib bəy Yusif bəy oğlu Yusifbəyli 1881-ci ildə keçmiş Yelizavetpol quberniyasının Gəncə şəhərində tanınmış maarifpərvər ziyalı ailəsində dünyaya göz açmışdır. Orta təhsilini Gəncə klassik gimnaziyasında başa vuran Nəsib bəy 1902-ci ildə Novorossiysk (Odessa) universitetinin hüquq fakültəsinə daxil olur. Universitetdə oxuduğu illər onun ictimai- siyasi həyatında mühüm rol oynamışdır. Nəsib bəyin …

Daha ətraflı

27.05.2011/08:35; GÜNAHKAR ÖZÜMÜZÜK, YOXSA ÖZGƏLƏR

GÜNAHKAR ÖZÜMÜZÜK, YOXSA ÖZGƏLƏR Əziz və dəyərli oxucularım! Bu günkü mövzum günü –gündən bir çox sahələrdə inkişaf edərək irəliləyən, dünya arenasında öz nüfuzu və tükənməz sərvəti ilə göz oxşayan ölkəmizdə, ən aktual məsələ olan işsizlik və onu törədən səbəblərdir.

Daha ətraflı

10.03.2010/16:16; Görkəmli elm fədaisi

Görkəmli elm fədaisi Yer üzünün əşrəfi insan dünyaya göz açanda birinci olıaraq onun alın yazısı həkk olunur. Yalnız nurani ağsaqqallarımız, ağbirçəklərimiz Ulu Dədə Qorqud donunda ona ad verirlər. “Ruzuni, bəxtini Allah versin!” – deyirlər. Yazılmamış ağ kağıza bənzəyən varlıqda ömrü salnamələri insan püxtələşdikcə yazılır, həyatın ssenarisi də elə bundan başlayır.

Daha ətraflı

04.03.2010/13:03 XOCALININ HARAYI-EŞİDİLMƏYƏN SƏS

XOCALININ HARAYI-EŞİDİLMƏYƏN SƏS Həmin günlər Xocalıda nə baş verdiyini bilməsək də dəhşət içində xəbərlər gözləyirdik. Hökumət rəsmiləri bir söz deyir, şahidlər başqa şey danışırdılar. Yalnız oradan sağ qurtarıb gələnlər qanlı hadisələri olduğu kimi danışdılar.

Daha ətraflı

23.02.2011/10:24; Əsrin faciəsi: Xocalı soyqırımı

Əsrin faciəsi: Xocalı soyqırımı Bəşər tarixində ölüm, qırğın, müharibə sözlərinə zaman kəsiklərində rast gəlsək də bunlarla soyqırım arasında müəyyən fərqlər var. Soyqırım elə fəalkətdir ki, hətta ana bətnində olan körpəyə də aman verilmir. Nifrətin gücü o yerə çatır ki, qaçıb qurtulmaq istəyənlər belə güllə- borana tutulur, əliyalın insanlar amansızlıqla qətlə yetirilirlər. Özü də tükürpədən üsullarla.

Daha ətraflı

24.01.2011/10:32; YÜZ İL ƏVVƏL VƏ İNDİ

YENİ KİTABLAR YÜZ İL ƏVVƏL VƏ İNDİ Məlumdur ki, XX yüzilliyin əvvəllərində Azərbaycanda  qadın hərəkatı baş verməmişdir. Azərbaycanın ziyalıları və mətbuatı müsəlman qadının azadlığı uğrunda mübarizə aparmaq kimi məsul bir  vəzifəni öz üzərinə götürmüş, fikir plüralizmi şəraitində qadınların təhsil, ailə-nigah, sosial problemlərinin ictimai şüura çatdırılması yolunda  gərgin əmək sərf etmişdir.

Daha ətraflı

23.01.2010/09:11; AZƏRBAYCANDA İLK QADIN MƏTBUATI

«İŞIQ»QƏZETİNİN  100  İLLİYİ AZƏRBAYCANDA İLK QADIN MƏTBUATI Bu il yanvarın 22-də Azərbaycanda ilk qadın mətbuatının çapdan çıxmasının 100 illiyi tamam olur. «Adiloğlu» nəşriyyatı bu münasibətlə jurnalist , tarixçi-alim Amalya Qasımovanın «Azərbaycanda ilk qadın mətbuatı: «İşıq» qəzeti kitabını çapdan buraxmışdır.

Daha ətraflı