Tag Archives: Mədəniyyət

01.11.2016/ 07:15; Azərbaycan Ümümdünya Turizm Təşkilatının İcraiyyə Şurasının sədri seçilmişdir

Azərbaycan Ümümdünya Turizm Təşkilatının İcraiyyə Şurasının sədri seçilmişdir Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti 31 oktyabr 2016-cı il tarixində Misirin Luksor şəhərində keçirilən Birləşmiş Mİllətlərin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 104-cü Sessiyasında iştirak edir.

Daha ətraflı

21.10.2016/ 08:03; Bakıda I Beynəlxalq Çörək Festivalı keçirildi

Bakıda I Beynəlxalq Çörək Festivalı keçirildi Oktyabrın 20-də Beynəlxalq Kulinariya Günü münasibətilə Bakıdakı “Sərin” restoranında I Beynəlxalq Çörək Festivalı keçirildi. Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, ölkəmizdə akkreditasiya olunmuş səfirliklərin əməkdaşları, Milli Kulinariya Assosiasiyasının üzvləri olan şirkətlər və mediya nümayəndələri iştirak edirdi.

Daha ətraflı

11.10.2016/ 16:24; Gəncədə “Müsyo Jordan və Dərviş Məstəli Şah” pyesinin tamaşası və rəssam-tələbələrin sərgisi keçirilmişdir

Gəncədə “Müsyo Jordan və Dərviş Məstəli Şah” pyesinin tamaşası və rəssam-tələbələrin sərgisi keçirilmişdir 21 noyabr 2013-cü il tarixində Yunanıstanın Saloniki şəhərində Avropa Gənclər Forumunun Baş Assambleyasında nüfuzlu beynəlxalq münsiflər heyətinin qərarı ilə Gəncə şəhəri “2016-cı il Avropa gənclər paytaxtı” elan olunmuşdur. Gəncə MDB məkanında və Avropa İttifaqına daxil olmayan ölkələrdə “Avropa Gənclər Paytaxtı” tituluna sahib olan ilk şəhərdir.

Daha ətraflı

23.09.2016/ 07:51; Tovuz, Qazax və Ağstafa rayonlarının incəsənət nümunələri təqdim olunacaq

Tovuz, Qazax və Ağstafa rayonlarının incəsənət nümunələri təqdim olunacaq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yeni yaradılmış Bakı şəhəri, Nizami küçəsində yerləşən təsviri sənət məkanında 22 sentyabr 2016-cı il tarixində saat 17:30-da Tovuz, Qazax və Ağstafa rayonlarının folklor kollektivlərinin çıxışı ilə konsert proqramı təşkil olunacaq.

Daha ətraflı

04.07.2016/16:58; YUNESKO almanların Azərbaycanda məskunlaşmasının 200 illiyini qeyd edəcək

YUNESKO almanların Azərbaycanda məskunlaşmasının 200 illiyini qeyd edəcək 2017-ci ildə YUNESKO-nun xətti ilə Azərbaycanda almanların məskunlaşmasının 200 illiyi şənliyi keçiriləcək. Bu barədə Azərbaycan XİN başçısı Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerlə keçirdiyi birgə mətbuat konfransında deyib.

Daha ətraflı

28.06.2016/06:59; Bakıda türkdilli dövlətlərin müstəqilliyinin 25 illiyi qeyd olunub

Bakıda türkdilli dövlətlərin müstəqilliyinin 25 illiyi qeyd olunub İyunun 25-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın müstəqilliyinin 25 illiyinə həsr olunan konsert keçirilib. Tədbir Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) dəstəyi ilə baş tutub.

Daha ətraflı

25.05.2016/07:08; Azərbaycanda mövcud olan alman irsi haqqında film çəkiləcək

Azərbaycanda mövcud olan alman irsi haqqında film çəkiləcək Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Alman kinorejissoru Fridhelm Brüknerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycanda mövcud olan alman irsi haqqında film çəkilişlərinin aparılması ilə bağlı layihənin müzakirəsi aparılmış, nümayəndə heyətinin filmin çəkilişləri ilə bağlı Bakı, Gəncə şəhərlərinə və Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Tovuz, Samux rayonlarına olan səfərlərinin nəticələri …

Daha ətraflı

30.04.2016/07:06; Şəkidə “Türk dünyasının mədəniyyət paytaxtı -2016” ilinin təntənəli açılış mərasimi keçirilib

Şəkidə “Türk dünyasının mədəniyyət paytaxtı -2016” ilinin təntənəli açılış mərasimi keçirilib Aprelin 28-də Şəki şəhərindəki “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində, qədim qala divarlarının arasında “Türk dünyasının mədəniyyət paytaxtı — 2016” ilinin təntənəli açılış mərasimi keçirildi.

Daha ətraflı

29.04.2016/05:50; BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi və Türksoyun baş katibi Qəbələ rayonuna səfər edib

BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi və Türksoyun baş katibi Qəbələ rayonuna səfər edib 28 aprel 2016-cı il tarixində Şəki şəhərinin  “Türk dünyasının mədəniyyət paytaxtı”  elan olunmasının rəsmi açılış mərasimində iştirak məqsədilə səfər çərçivəsində BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir və TÜRKSOY-un baş katibi Düsen Kaseinov Qəbələ rayonuna səfər edib. Nümayəndə heyəti səfər zamanı Qəbələnin tarix və mədəniyyət abidələri …

Daha ətraflı

27.04.2016/07:56; Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Səudiyyə Ərəbistanın informasiya və mədəniyyət naziri Adel Zaid F.Altoraifini qəbul etdi

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Səudiyyə Ərəbistanın informasiya və mədəniyyət naziri Adel Zaid F.Altoraifini qəbul etdi Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində ölkəmizdə qonaq olan  Səudiyyə Ərəbistanın İnformasiya və Mədəniyyət naziri  Adel  Zaid F.Altoraifini qəbul etdi. İkitərəfli görüş çərçivəsində nazir qonağa Azərbaycanın tolerant ölkə olaraq hər zaman mədəni dialoqa açıq olduğunu bildirdi.

Daha ətraflı