Tag Archives: İdman

04.12.2011/09:48; Vladimir Kliçko böyrək probleminə görə xəstəxanaya yerləşdirildi

Vladimir Kliçko böyrək probleminə görə xəstəxanaya yerləşdirildi 10 dekabrda nəzərdə tutulmuş Jan Mark Mormek  ilə Vladimir Kliçko arasında WBA/WBO/IBF çempionu uğrunda döyüş təyin edilmiş müddətdə baş tutmaya bilər: belə ki, 35 yaşlı çempion böyrək sancılarına görə Qoinqdəki məşq düşərgəsində məşqləri dayandırmalı olmuşdur. Bu haqda xarici idman KİV-ləri bildirmişlər.

Daha ətraflı

03.12.2011/08:59; Braziliya futbol klubu dünya çempionunu qovdu

Braziliya futbol klubu dünya çempionunu qovdu Braziliyanın «San-Paulo»  futbol klubu 2002-ci ilin dünya çempionu Rivaldodan ayrılmışdır. Komandanın əsas məşqçisi Emerson Leao ilə yeni müqavilə imzalandıqdan sonra klubun rəhbərliyi 39 yaşlı oyunçuya bildirmişdir ki, artıq onun xidmətləri komanda üçün maraqlı deyil. O » San-Pauloya» 2011-ci ilin  oktyabrından başçılıq edir və oyunçu ilə yeni məşqçi arasında  əlaqələr yaranmamışdır.

Daha ətraflı

17.11.2011/08:33; Qus Xiddink futbol üzrə Türkiyə yığmasının əsas məşqçisi postundan gedir

Qus Xiddink futbol üzrə Türkiyə yığmasının əsas məşqçisi postundan gedir Qus Xiddink futbol üzrə Türkiyə yığmasının əsas məşqçisi postundan gedir. Türkiyə yığmasının əsas məşqçisi Qus Xiddink və bu ölkənin futbol federasiyası əməkdaşlığın dayandırılması haqqında razılığa gəlmişlər.  Bu haqda xarici idman nəşrləri bildirmişlər.

Daha ətraflı

03.10.2011/08:32; «Anjı» Mourinyuya 90 milyon avro təklif etdi

«Anjı» Mourinyuya  90 milyon avro  təklif etdi Mahaçkalanın «Anjı» komandası müasir dövrün ən yaxşı məşqçilərindən birini əldə etmək cəhdi üçün növbəti təşəbbüs etmişdir. Dağıstandan olan komanda Madridin «Real» klubunun məşqçisi Joze Mourinyuya əgər o kluba başçılıq etməyə razılaşarsa  ildə 30 milyon avro təklif etmişdir.

Daha ətraflı

22.09.2011/08:23; Türkiyədə kişiləri futbola getməyi qadağan edəcəklər

Türkiyədə kişiləri futbola getməyi qadağan edəcəklər Türkiyənin futbol assosiasiyası klubların oyunlarındaqayda-qanunu pozanlarla mübarizə aparmaq üçün radikal ölçülər götürməyə təşəbbüs etmişlər.   Nə qədər ki, komandanın oyunlarına  intizam sanksiyaları qoyulmuşdur, kişilərə stadionda həmin oyunlara baxmaq qadağan edilir, əvəzində isə 12 yaşına qədər uşaqlar və qadınlar üçün stadionlara giriş pulsuz olacaq. Bu haqda yerli idman nəşrləri bildirmişlər.

Daha ətraflı

11.09.2011/ 15:01; Ukrayna boksçusu Vitali Kliçko Ümumdünya Boks Şurasının versiyasına görə superağır çəkidə dünya çempionu titulunu qoruyub saxladı

Ukrayna boksçusu Vitali Kliçko Ümumdünya Boks Şurasının versiyasına görə superağır çəkidə dünya çempionu titulunu qoruyub saxladı Ukrayna boksçusu Vitali Kliçko artıq 7-ci dəfə Ümumdünya boks şurasının versiyasına görə superağır çəkidə dünya çempionu titulunu qoruyub saxlamışdır. O Polşa idmançısı Tomaş Adamekə 10-cu raundda texniki nokautla qalib gəlmişdir.

Daha ətraflı