Tag Archives: Bölgə

25.07.2015/08:33; Daşkəsəndə sahibkarlara Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kredit verilmişdir

Daşkəsəndə  sahibkarlara Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kredit verilmişdir Gəncə-Qazax iqtisadi rayonu üzrə Daşkəsən rayonunda Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun təşkilatçılığı ilə «Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair işgüzar forum keçirilmişdir.

Daha ətraflı

19.07.2015/07:29; Daşkəsən rayonunda Ramazan bayramı münasibətilə iftar süfrəsi açıldı video

Daşkəsən rayonunda Ramazan bayramı münasibətilə iftar süfrəsi açıldı video   Bu gün Daşkəsən Rayon İcra Hakimiyyətinin  və YAP Daşkəsən rayon təşkilatının birgə təşkilatçılığı ilə “Yeni həyat” sarayında Ramazan bayramı tədbiri keçirildi. Rayonda olan idarə, müəssisə və təşkilatların rəhbərlərinin, YAP fəallarının,eləcə də şəhid ailələrinin və imkansızların, ümumən oruc tutanların iştirak etdiyi mərasim Qurani-Kərimdən ayələrin oxunması ilə başladı.

Daha ətraflı

07.07.2015/08:37; Gəncədə Azərbaycan Memarlar İttifaqının plenumu keçirilib

Gəncədə Azərbaycan Memarlar İttifaqının  plenumu keçirilib Azərbaycan Memarlar İttifaqının təşkilatçılığı Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi və  ilə  Heydər Əliyev Mərkəzində  memarların  yay plenumu keçirilib. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbəy Qasımzadə, memarlar, şəhər rəsmiləri iştirak ediblər.

Daha ətraflı

22.06.2015/08:14; Daşkəsən rayonunda “Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda konfrans keçirilmişdir

Daşkəsən rayonunda “Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda konfrans keçirilmişdir Daşkəsən rayon İcra Hakimiyyətinin iclas zalında  Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Agentliyi və Daşkəsən rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda konfrans keçirilmişdir.

Daha ətraflı

21.06.2015/10:34; Əlli ildən sonra son zəng

Əlli ildən sonra son zəng 2015-ci ilin iyun ayının 20-də zəng çalındı, şagirdlər otağa daxil oldular. Gəncə şəhər C. Cabbarlı adına 6 nömrəli orta məktəbin  məzunu, hal-hazırda GDU-nun (KDPİ) müəllimi Nübubət Babayevanın nəvəsi Nərminə son zəngi çaldı.

Daha ətraflı

20.05.2015/ 07:52; Daşkəsəndə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92 illik yubileyi ilə bağlı «Kitab bayramı» keçirilmişdir

Daşkəsəndə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92 illik yubileyi ilə bağlı «Kitab bayramı» keçirilmişdir Daşkəsən rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92 illik yubileyi ilə bağlı «Kitab bayramı» keçirilmişdir. Daşkəsən şəhər Heydər Əliyev mərkəzinin qarşındakı meydanında təşkil olunmuş tədbirdə 250 nəfər iştirak etmişdir.

Daha ətraflı

16.05.2015/ 07:59; Daşkəsən şəhərinin içməli su problemi yüksək səviyyədə tam həllini tapacaqdır

Daşkəsən şəhərinin içməli su problemi yüksək səviyyədə tam həllini tapacaqdır 15 may 2015-ci il tarixdə Azərbaycan Hökuməti ilə İslam İnkişaf Bankı tərəfindən maliyyələşən “Daşkəsən şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması” işlərinə start verildi. Daşkəsən şəhərində həmin layihə üzrə 2 x 500  kub metr su tutumu olan yeni içməli su anbarının təməlqoyma mərasimi keçirildi.

Daha ətraflı

11.05.2015/ 09:44; Daşkəsən rayonunda 1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 70-ci ildönümü veteranlarla birgə qeyd edildi

Daşkəsən rayonunda 1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 70-ci ildönümü veteranlarla birgə qeyd edildi May ayının 9-da Daşkəsən Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsi ilə birgə 1941-1945-ci illər müharibəsində qələbənin 70-ci ildönümü münasibətilə Böyük Vətən müharibəsi veteranları ilə görüş keçirdi.

Daha ətraflı