09.06.2016/07:28; Rusiyalı jurnalistləri Qarabağa səfər öncəsi xüsusi akkreditasiya almalıdırlar

Rusiyalı jurnalistləri Qarabağa səfər öncəsi xüsusi akkreditasiya almalıdırlar
icaze
Rusiya KİV-lərinin nümayəndələri Dağlıq Qarabağa səfərindən əvvəl Azərbaycanın Xarici İşlər Nazirliyinə press-akkreditasiya üçün müraciət etməlidirlər, ölkənin xarici siyasət idarəsinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev belə bildirib, — RİA Novosti belə yazır.

Daha ətraflı

25.05.2016/07:24; Azərbaycan Xarici İşlər Nazirliyi: Qarabağda münaqişə qəbuledilməz status-kvonun dəyişilməsindən sonra həll olunacaq

Azərbaycan Xarici İşlər Nazirliyi: Qarabağda münaqişə qəbuledilməz status-kvonun dəyişilməsindən sonra həll olunacaq

leqv

Qarabağda münaqişənin həlli prosesinin fundamental hissəsi mövcud status-kvonun dəyişməsindən ibarətdir, çərşənbə axşamı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev RİA Novosti agentliyinə belə bildirib.

Daha ətraflı

25.05.2016/07:08; Azərbaycanda mövcud olan alman irsi haqqında film çəkiləcək

Azərbaycanda mövcud olan alman irsi haqqında film çəkiləcək

film

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Alman kinorejissoru Fridhelm Brüknerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycanda mövcud olan alman irsi haqqında film çəkilişlərinin aparılması ilə bağlı layihənin müzakirəsi aparılmış, nümayəndə heyətinin filmin çəkilişləri ilə bağlı Bakı, Gəncə şəhərlərinə və Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Tovuz, Samux rayonlarına olan səfərlərinin nəticələri haqqında fikir mübadiləsi aparılmışdır.

Daha ətraflı

23.05.2016/07:18; Novruz Məmmədov Vyana görüşünün təfərrüatını açıqladı: “Sarkisyan çaşqın idi”

Novruz Məmmədov Vyana görüşünün təfərrüatını açıqladı: “Sarkisyan çaşqın idi” 
cachqin
“Sarkisyan həddindən artıq çaşqın idi. Hazırkı situasiyada nə etmək lazım olduğunu konkret bilmirdi. Onun mövqeyi əvvəlcədən formalaşmış bir mövqe deyildi. Belə olan halda çaşğınlıq onun sifətində daha çox hiss olunurdu”.
Bu sözləri ANS TV-nin “Hesabat” verilişində Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünü şərh edən prezident administrasiyası rəhbərinin müavini Novruz Məmmədov deyib.

Daha ətraflı

23.05.2016/06:50; Ərdoğan Türkiyənin baş naziri Davudoğlunun istefasını qəbul etdi

Ərdoğan Türkiyənin baş naziri Davudoğlunun istefasını qəbul etdi

Turkey's president-elect Recep Tayyip Erdogan (R) shakes hands with Turkey's Foreign Minister Ahmet Davutoglu after he announced Davutoglu as new chairman of his ruling Justice and Development Party (AKP) and new Turkish prime minister in Ankara on August 21, 2014. Davutoglu, named by the AKP as its sole candidate to be new leader and prime minister, is a loyal ally of his predecessor, incoming president Recep Tayyip Erdogan, and the chief architect of an assertive but increasingly controversial foreign policy. He will take office on August 28. AFP PHOTO / ADEM ALTAN
Türkiyənin baş naziri Əhməd Davudoğlu ölkə prezidenti Ərdoğana istefa barədə ərizə təqdim edib, bazar günü NTV telekanalı Ərdoğanın administrasiyasındakı mənbəyə istinadən məlumat verib. Bildirilir ki, Ərdoğan Davudoğlunun istefasını qəbul edib və yeni hökumət formalaşdırılana qədər vəzifəsini davam etdirməsini xahiş edib.

Daha ətraflı