01.08.2011/08:14; Rusiya – dünyada heroinin əsas istehlakçısıdır

Rusiya – dünyada heroinin əsas istehlakçısıdır

Dünyada 16,5 milyon insan opiatlara bağlılıqdan əzab çəkirlər. Beynəlxalq narkotika  bazarının çox hissəsini heroin təşkil edir. 12-13 milyon insan ildə 375 ton heroin qəbul edir.  Bu haqda BMT-nin narkotiklər və cinayət idarəsinin  yeni məruzəsində bildirilmişdir.

Daha ətraflı

25.07.2011/08:09; Kişilərdə sonsuzluğun yeni səbəbi tapıldı

Kişilərdə sonsuzluğun yeni səbəbi tapıldı

Kişilərdə sonsuzluğun yeni səbəbi tapılmışdır. Amerika alimləri insan orqanizmində kişi sonsuzluğunun əmələ gəlməsinə səbəb olan zülal aşkar etmişlər.  Bu problemi öyrənən  Kaliforniyanın Devis universitetindən olan amerikalı alimlər  belə bir nəticəyə gəlmişlər.

Daha ətraflı

21.07.2011/08:38; Amerika məktəbliləri xəritədə öz ölkəsini göstərə bilmirlər

Amerika məktəbliləri xəritədə öz ölkəsini göstərə bilmirlər

ABŞ-ın orta məktəb şagirdlərinin yarısından çoxu xəritədə öz ölkəsini göstərə bilmirlər. Təhsil Nazirliyi tərəfindən keçirilmiş tədqiqatın nəticələri bunu sübut etmişdir.  Məktəblilərin yalnız üçdə biri coğrafiyadan ibtidai biliklərə malik olduqlarını nümayiş etdirmişlər.

Daha ətraflı

10.07.2011/08:34; Ukraynada avtomobillərin məcburi texniki baxışı ləğv edildi

Ukraynada avtomobillərin məcburi texniki baxışı ləğv edildi

Ukrayna prezidenti texniki baxışın ləğvi haqqında qanun imzaladı. Ukrayna prezidenti Viktor Yanukoviç «avtomobil daşınmaları sahəsində həddən artıq dövlət tənzimləməsinin aradan qaldırılması üzrə Ukraynanın bəzi qanunverici aktlarına dəyişikliklərin daxil edilməsi haqqında» qanun imzalamışdır. Bu haqda dövlət başçısının mətbuat xidməti bildirmişdir.

Daha ətraflı

05.07.2011/08:43; İslandiya hakimiyyəti siqareti narkotikə bərabərləşdirmək niyyətindədir

İslandiya hakimiyyəti siqareti narkotikə  bərabərləşdirmək niyyətindədir

İslandiya hakimiyyəti  bu ada ölkəsini  azad siqaret bazarından tamamilə təmizləməyi planlaşdırır. Yeni qanun layihəsinə əsasən siqaretlər istisnasız olaraq supermarketlərin piştaxtalarından, avtoyanacaq doldurma məntəqələrindən , kiosklardan və vergisiz ticarət mağazalarından yox olmalıdır.

Daha ətraflı

05.07.2011/08:37; Axırıncı Avstriya imperatorunun oğlu öldü

Axırıncı Avstriya imperatorunun oğlu öldü

Sonuncu Avstriya imperatorunun böyük oğlu Otto Habsburq-Lotrinqen 98 yaşında Almaniyada öz evində  vəfat etmişdir. Ershersoq Otto fon Habsburq kimi tanınan  Otto 1912-ci ildə anadam olmuş və öz atası ershersoq Karlın 1922-ci ildə ölümündən sonra Habsburqların imperator evinin başçısı olmuşdur.

Daha ətraflı

26.06.2011/09:09; Niyə Yer kürəsində insanın yalnız bir növü qalıb

Niyə Yer kürəsində insanın yalnız bir növü qalıb

İnsanın mənşəyi haqqında mübahisələr səngimir. Alimlərin ən ehtimal olunan mülahizəsi odur ki, biz  düz gəzən meymunabənzər varlıqlardan yaranmışıq. Ancaq onlar yalnız Homo sapiensin başlanğıcının əsasını qoymamışlar, həm də bu qəbildən olan güc və diribaşlıqda bizim əcdadlarımızdan əsla geri qalmayan başqa növlərin  növlərin əsasını qoymuşlar.

Daha ətraflı

24.06.2011/08:29; Dollar Muzeyinin sirləri

Dollar Muzeyinin sirləri

Çikaqoda İllinoys mərkəzi bankı Federal ehtiyat sisteminin Pul Muzeyini açmışdır. Ziyarətçilərə saxta eksponatları tapmağı, 100 və 20 dollarlıq küpürlərlə  pul təpələrinə baxmağa təklif edilir.

Daha ətraflı

24.06.2011/08:12; Parisdən Amsterdama təyyarələr bitki yağı ilə uçacaqlar

Parisdən Amsterdama təyyarələr  bitki yağı ilə uçacaqlar

Niderlandın KLM tipli yük təyyarəsi bitki yağı əsasında istehsal edilmiş yeni yanacaqdan istifadə edəcək.  Yanacağın 50%-i adi ağ neftdən, qalan 50% — i isə bitki yağından ibarət olacaq. Parisdən  Amsterdama uçuşları yerinə yetirən təyyarələr bu yanacaqdan istifadə edəcəklər.

Daha ətraflı

23.06.2011/08:26; Ay planet ola bilər

Ay planet ola bilər

Ay Yer kürəsinin orbitini tərk edə və planetə çevrilə bilər.   Rusiya Mərkəzi elmi tədqiqat maşınqayırma institutunun baş direktoru Genadi Raykunov belə bir fərziyyə irəli sürmüşdür. Onun sözlərinə görə, Yer kürəsinin təbii peyki güman edildiyi kimi nə vaxtsa Veneranın peyki olmuş və sonradan sərbəst planet olan Merkurinin tarixini təkrarlaya bilər.

Daha ətraflı