Deutsche Bank başçısına sui-qəsd edildi
Deutsche Bank başçısına sui-qəsd edilmişdir. Frankfurt-Maynda Deutsche Bankın ofisində bankın başçısı Yozef Akkermana ünvanlanmış — içərisində partlayıcı maddə olan bağlama tutulmuşdur.
Dördcildlik «Amerikanın Quşları» kitabı dünyanın ən bahalı kitabı oldu
XIX əsrin naturalisti Con Ceyms Odyubonanun dördcildlik «Amerikanın Quşları» əsəri dünyanın ən bahalı kitabı olmuşdur. Nadir nəşr bir gün əvvəl Londonun Sotheby’s hərracında görünməmiş qiymətə -11,5 milyon dollara satılmışdır. Daha ətraflı
Obama Avropada borc böhranı ilə mübarizə məsələsini Merkel ilə müzakirə etdi
ABŞ prezidenti Barak Obama telefonla Almaniyanın kansleri Ancela Merkel ilə avropada borc böhranıyla mübarizə məsələsini müzakirə etmişdir. Ağ evin məlumatında bildirilmişdir ki, liderlər problemin həllində istənilən qərarın «möhkəm və etibarlı olması» məsələsində razılaşmışlar.
Efiopiya hakimiyyəti Corc Buşu həbs etməkdən imtina etdi
Efiopiya hakimiyyəti ABŞ-ın sabiq prezidentikiçik Corc Buşun həbsi haqqında Amnesty International beynəlxalq hüquq müdafiə təşkilatının çağırışını rədd etmişdir. Hüquq müdafiəçiləri Afrika ölkələri üzrə turne edən Ağ evin keçmiş rəhbəri Buşun işgəncələr və terrorizmdə şübhələnilənlərin dindirmələrinin qanunsuz metodları üçün məsuliyyət daşıdığını iddia edərək onun həbs olunmasını təkid edirdilər.
Zərərli vərdişlər xərçəng xəstəliyinə səbəb olur
Britaniya alimləri aydınlaşdırmışlar ki, əgər insanlar daha sağlam həyat tərzi keçirsəydilər, xərçəng xəstəliyinə tutulmaqdan təxminən 40% qaçmaq mümkün olardı. Tədqiqatçıların hesab etdiyi kimi, 140 min britaniyalı siqaret çəkməyə, alkoqola və zərərli qidaya meylli olduqlarına görə xərçəng xəstəliyinə tutulmuşlar.
Fransada üç müəllim və məktəb direktoru girov götürülmüşdür
Fransanın Ber-L’Etan şəhərciyindəki Notr-Dam de Kadero şəxsi katolik məktəbində on beş valideyn direktoru və üç müəllimi girov götürmüşdür. Buna səbəb məktəbə götürülən yeni stajor-müəllim olmuşdur. Valideynlərin sözlərinə görə, məktəbdə onun peyda olmasından sonra uşaqlar təhsildə geri qalmağa başlamışlar.
Madonna futbol üzrə ABŞ-ın Superkubokunda çıxış edəcək
ABŞ-ın milli futbol liqası və NBC televiziya şirkəti bazar günü axşam elan etmişdir ki, Madonna fevralın 5-də ilin ən mühüm musiqi hadisəsində çıxış edəcək. Keçən ilin fevralında Birləşmiş Ştatlarda 162 milyondan çox tamaşaçı Black Eyed Peas qrupunun Usher və Slash ilə birlikdə çıxışını görmüşlər.
Çində uşaq alveri ilə məşğul olan 600-dən çox cinayətkar saxlanıldı
Çin polisi uşaq alveri ilə məşğul olmuş iki böyük qruplaşmanı zərərsizləşdirmiş, 600-dən çox cinayətkar saxlanmış və 178 körpə xilas edilmişdir. 30 noyabrda başlanmış əməliyyatda Çinin 10 əyalətindən beş mindən çox polis iştirak etmişdir. Reyd nəticəsində iki qruplaşma zərərsizləşdirilmiş və onların başçıları saxlanılmışdır.
Rusiyada üç və daha çox uşağı olan analar maaş alacaqlar
Rusiyada üç nəfər və daha çox uşağı olan analar maaş alacaqlar –senator Valentina Petrenko belə bir təşəbbüslə çıxış etmişdir. O qeyd etmişdir ki, çoxuşaqlı analar daimi pulsuz qalmaq və bütün günü qazanc haqqında fikirləşməməlidirlər. Onlar özlərini uşaqlara tamamilə həsr etmək imkanına malik olmalıdır.
Rus dilini bilmək miqrantların işə qəbulu üçün əsas şərt olacaq
Qastarbayterlərin rus dilini bilməsi Rusiyada işləmək üçün icazə alınmasında əsas şərt olacaq, bu barədə Federal miqrasiya xidmətinin direktoru Konstantin Romodanovski bildirmişdir. Daha ətraflı
Messi, Xavi və Ronaldu dünyanın ən yaxşı futbolçusu olmağa namizəddirlər
«Barselona» futbolçuları-argentinalı Lionel Messi və ispan Xavi, həmçinin Madridin «Real» komandasının Portuqaliyalı hücumçusu Kriştianu Ronaldu dünyanın ən yaxşı futbolçusu siyahısına düşmüş və FİFA-nın «Qızıl top» mükafatını almağa namizəddirlər.