Hörmətli vətəndaşlar! Siz Azərbaycanın və dünyanın hər yerindən arzu, təklif, şikayət və minnətdarlıq məktublarınızı hər an bizim elektron poçtamıza göndərə bilərsiniz. Unutmayın ki, sizlərin göndərdiyi arzu, təklif, şikayət və minnətdarlıq məktublarının hamısı bizim redaksiya heyətinin diqqətində olacaq və dərhal həmin məktuba tərəfimizdən reaksiya veriləcəkdir.
Elekron ünvanımız isə belədir: kurinfo@gmail.com
Bizə yazırlar…
Oxucu məktublarının izi ilə!
“Kür” İnformasiya Agentliyinin electron poçtuna bir məktub daxil olmuşdur. Məktubda deyilir: Hörmətli “Kür” İnformasiya Agentliyi, Azərbaycanın qədim mədəniyyət şəhəri olan Gəncənin musiqi tarixi, musiqi məktəbləri haqqında maraqlı məlumatlara görə sağ olun! Bölgələrdə həyatini təhsilə, elmə, yaradıcılığa, mədəniyyət və incəsənətə həsr etmiş ziyalılarımız çoxdur. Amma təəssüf ki, delə dəyərli insanlarımıza mətbuat və televiziya az diqqət göstərir, onlara verilişlər, məqalələr, kitablar demək olar ki, həsr olunmur. Bu məqaləyə görə müəəllifə təşəkkür edirəm.
Daha bir vacib məsələ! Gəncənin orta əsrlər və XX əsr musiqi tarixi elmi şəkildə araşdırılmalıdır. Təəssüf ki bu işlə nə Musiqi Akademiyası, nə Milli Konservatoriya, nə Elmlər Akademiyası, nə Gəncə alimləri və musiqiciləri, nə Gəncədən olan musiqişünas tələbələr və magistrlər hec bir iş gərmək istəmirlər. Hamısı asan və elmə lazım olmayan musiqi mövzularının arxasinca gedir. Bu işdə şəxsən mən gəncəlilərə nə qədər təşəbbüs versəm də bu vacib işdən boyun qaçırıblar…
İstərdim ki Gəncənin qədim xalq musiqiciləri, Gəncədə XX əsrin əvvəllərində göstərilən operalar, konsertlər haqqında silsilə şəklində maraqlı və ciddi məqalələr yazsınlar.
Hörmətlə, Ariz Abduləliyev.
“Kür” İnformasiya Agentliyinə ünvanlanan istər Gəncə və Gəncəbasar və istərsə də respublikamızın digər bölgələrinin mədəniyyət və incənət xadimlərini, eyni zamanda geniş ictimaiyyət nümayəndələrini, yaradıcı insanları belə bir nəcib işə sövq etdiyinə görə Ariz Abduləliyevə səmimi qəlbdən təşəkkür edirik! İndi isə söz sizinkidir əziz musiqisevərlər!
“Kür” İnformasiya Agentliyi





