20.09.2011/08:13; Sudanda ətdən istifadə etməyə ümumi boykot elan edildi

Sudanda ətdən istifadə etməyə ümumi boykot elan edildi

Sakinlərin aksiyası «bahalı məhsulları almırıq » şüarın altında keçir. Sudanlılar ət məmulatlarının qiymətlərinin artımından bərk narazıdırlar. RİA Novosti agentliyinin  verdiyi xəbər görə etiraz əlaməti olaraq Sudan paytaxtı sakinlərinin əksəriyyəti vegeterian qidasına keçməyə qərar vermişlər.

Daha ətraflı

19.09.2011/10:38; Rusiyanın Vladivostok şəhərinin sakini çağırışa gecikmiş təcili yardım briqadasını cəzalandırdı

Rusiyanın Vladivostok şəhərinin sakini çağırışa gecikmiş təcili yardım briqadasını cəzalandırdı
O 03-ə zəng vurduqdan yalnız 5 saat sonra həkimlər xəstəyə baş çəkməyə gəlmişlər. Təcili yardım maşını çağıran kişi tapançanı çıxarmış, silahı həkimlərə  yönəltmiş  və onları gecikdikləri qədər həmin  mənzildə  oturmağa məcbur etmişdir.

Daha ətraflı

19.09.2011/08:06; Rus qazının yerinə Ukrayna türkmən qazı alacaq?

 Rus qazının yerinə Ukrayna türkmən qazı alacaq?

Kiyev və Aşqabad türkmən qazının Ukraynaya nəqli haqqında razılaşmaya nail olmuşlar. Xırda detalları müzakirə etmək məsələsi qalmışdır.  Bu yolda əsas problemlərdən biri odur ki, bu gün türkmən qazının Ukraynaya nəql edilməsinin yeganə yolu – Rusiya qaz nəqliyyat sistemidir. Ancaq Rusiya öz ərazisindən Ukraynaya qazı buraxmaqdan imtina edir.

Daha ətraflı

18.09.2011/08:07; Gürcüstan Rusiyanın cecəni, xaçapurini, çurçxelini mənimsəməsinin qarşısını almaq üçün onların patentini aldı

Gürcüstan Rusiyanın cecəni, xaçapurini, çurçxelini mənimsəməsinin qarşısını almaq üçün onların patentini aldı

Gürcüstan Rusiyanın cecəni, xaçapurini, çurçxelini mənimsəməsinin qarşısını almaq üçün onların patentini almışdır. Rustavi-2 telekanalının rəhbəri İrakli Qvaladze  bildirmişdir ki,  ölkənin intellektual milli  mülkiyyət mərkəzi cəmi  30 ticarət markasını patentləmişdir.

Daha ətraflı

17.09.2011/08:19; Hərracda yüzillik peçenye satacaqlar

Hərracda yüzillik peçenye  satacaqlar

Christie’s hərracında yüzillik tarixi olan köhnə peçenye  satacaqlar. Bu haqda xarici KİV-lər bildirmişlər. Məmulat 1907-ci ildə xüsusi olaraq  Antarktikanın tədqiqatçısı İrlandiya səyahətçisi və ekspedisiyaçısı Ernest Şekltonun Cənub qütbünə səyahəti  üçün istehsal edilmişdi. Daha ətraflı

17.09.2011/08:13; Londonda Moda Həftəsi başlandı

Londonda Moda Həftəsi başlandı

Britaniya paytaxtında  ənənəvi London payız Moda həftəsi (LFW)  açılmışdır. Bir neçə  meydançada 2011/2012 payız/yaz tendensiyasını nümayiş etdirəcək onlarla nümayiş və yüz əlli şou-rum keçəcək. Daha ətraflı

17.09.2011/07:36; Keyfiyyətsiz ərzaq istehsalı üçün Çində güllələnmə cəzası tətbiq olunacaq

Keyfiyyətsiz ərzaq istehsalı üçün Çində güllələnmə cəzası tətbiq olunacaq

Hökumətin verdiyi vədlərə baxmayaraq Çində keyfiyyətsiz ərzaq məhsulları istehsalı ətrafında son zamanlar qalmaqal davam etməkdədir Çinin hakim dairələri bəyan etmişlər ki, ərzaq məhsullarının təhlükəsizliyi ilə bağlı ağır cinayətdə təqsirkar olanlar ölüm cəzasına məhkum olunacaqlar.

Daha ətraflı

16.09.2011/08:26; ABŞ müğənnisi dünyada ən uzun dırnaqlar üçün Ginnesin Rekordlar Kitabına düşdü

ABŞ müğənnisi dünyada ən uzun dırnaqlar üçün Ginnesin Rekordlar Kitabına düşdü

Dünyada ən uzun dırnaqların sahibi, səhnədə Qrafinya kimi məşhur olan 45 yaşlı Kris Volton Ginnesin Rekordlar Kitabının yeni nəşrinə canlı illüstrasiya oldu. Las-Veqaslı müğənniyə uzunluğu adi  ainsanın əlinin  uzunluğuna bərabər dırnaqları uzatmaq üçün 18 il  lazım gəlmişdir.

Daha ətraflı

16.09.2011/08:21; Rusiyanın Belqorod şəhərində uşaq bağçalarına və həbsxanalara xəstə heyvanların ətini satan biznesmen həbs edildi

Rusiyanın Belqorod şəhərində uşaq bağçalarına və həbsxanalara xəstə heyvanların ətini satan biznesmen həbs edildi

Rusiyanın Belqorod şəhərində uşaq bağçalarına və həbsxanalara xəstə heyvanların ətini satan biznesmen həbs edilmişdir. Hüquq-mühafizə orqanları bildirmişlər ki, bu yolla o bir neçə milyon rubl qazanmışdır.

Daha ətraflı