Azərbycan xalçaçılığı tarixindən

Azərbycan xalçaçılığı tarixindən

Xalçaçılıq Azərbaycanda ən qədim sənət sahələrindən biridir. Əcdadlarımız bu sənət sahəsi ilə çox qədim zamanlardan məşğul olmağa başlayıblar.
Xalqımızn estetik dünyasını ifadə edən poeziya, folklor, muğamat kimi sənət qaynaqları ilə müqayisə edilən, ölkəmizə neft ilə bərabər valyuta gətirən Azərbaycan xalçası da olub. Tədqiqatlar göstərir ki, Azərbaycanda bədii səviyyəsi Yaxın və Orta Şərq ölkələrindən daha yüksək olan çoxlu sayda xalçalar (palaz, kilim, zili, vərni, sumax) toxunmuşdur. 

XI və XII əsrlərdə şəhərlər tərəqqi etdikcə, Azərbaycanda dekorativ sənət sahələri də inkişaf etməyə başlayır. Bu dövrdə toxuculuq, xüsusilə də yun və ipəkdən xovsuz və xovlu xalçaların istehsalı inkişaf edir. Keyyfiyyəti yüksək olduğuna görə xarici bazarlarda Azərbaycan xalçalarına olan tələbat artır.

XII əsrdə memarlıq, incəsənət və xalçaçılıqla bağlı xəttatlıq, xüsusilə də kufi şrifti xətti çiçəklənməyə başladı. Ornamental (nəbati) naxışlar icad olundu. Kufi şriftlər şərq ornamentinə bənzədiyinə və onlara uyğun gəldiyinə görə, o, ornamental incəsənətdə, o, cümlədən, xalçaçılıqda istifadə olundu. Dekorativ sənətlər (xüsusilə də ornamental sənətlər), inkişafın olduqca məhsuldar mərhələsini yaşadırdı. Azərbaycan rəssamları Bağdad, Gərat, Məşhəd və sonralar isə Şiraz, İstanbul, Hindistan və s. kimi rəssamlıq mərkəzləri ilə çox sıx mədəni əlaqələr saxlamaqda idilr.

Bu dövrdə Azərbaycanda müxtəlif çeşiddə zərif tikmələr istehsal edilirdi. Bakı yaxınlığında yerləşən Hilədəki (Əmircan) emalatxana yalnız və yalnız xarici ölkələrə ixrac üçün istehsal olunan gözəl xalçalarla məşhur idi.

1830 və 1850 – ci illərdə Azərbaycanda çoxlu miqdarda kilim, zili və sumax toxunmuşdur, Belə məhsullar üçün çoxlu miqdarda ipliklər tələb olunmurdu. Bu xalçalar əsasən köçəri və yarımköçəri əhali tərəfindən istehsal olunurdu. Şəhər və kənd sənətkarları isə xovlu xalçalar istehsal edirdilər. Tarixi mənbələrə əsasən, 1843-cü ildə Azərbaycanın altı Xərəzətrafı rayonu 18 min xalça və xalça məmulatı istehsal etmişdi. Bakıda, Şirvan və Quba xalçaları, Təbriz və İstanbulda isə Qazax və Gəncə xalçaları satılırdı.

XIX əsrin axırlarında Azərbaycanda kapitalist münasibətlərinin yaranması və ticarətin inkişaf etməsi sayəsində xalça bazarları da artdı. Ölkənin əsas ticarət mərkəzləri Bərdə, Şuşa, Gəncə və Şamaxı şəhərləri idi. Əhalinin vərdişləri və həyat tərzi dəyişildi və yeni tələbatlar meydana çıxdı. Bu, xalq sənətinin forma və məzmununda da öz əksini tapdı. XIX əsrin ikinci yarsında “dəst xalı-gəbə” deyilən xalça dəsti meydana çıxdı. Şamaxı və Cəbrayılda Türkiyə və İrana ixrac etmək üçün çoxlu miqdarda ipək xalçalar hazırlayırdılar. Azərbaycan xalçaçıları həmişə təbii boyalardan istifadə edirdilər. Xalçaçılıqla 100 minlərlə insan məşğul olurdu. Belə ki, 1917-ci ildə Gəncənin 222 kəndində 33 min toxucu məşqul olurdu, yaxud əhalinin 49%, Qubanın 111 kəndində — 40 min adam, yaxud əhalinin 81% məşqul olurdu. Qarabağın xüsusilə qədim tarixə malik Bərdənin xalça sənəti XVIII əsrin ikinci yarısından etibarən Şuşa şəhərində mərkəzləşmiş, burada daha geniş miqyasda inkişaf etməyə başlamışdır.

Azərbaycanda xalçaçılığın qorunması və inkişaf etdirilməsi üçün 1929-cu ildə “Azərxalça Sənət Birliyi” adlı idarə yaradılmışdır və Azərbaycanın əksər rayonlarında emalatxanalar, fabriklər açıldı və orada 9-10 min insan işləməyə başladı. 1934-cü ildə altı və onikiaylıq xalçaçılıq kursları təqdim edən ilk məktəblər açıldı. Bu məktəblərin uğuru xalçaçılığın bütün sahələrində hiss olunurdu: yəni ixtisaslaşdırılmış mütəxəsislər təhsil aldılar, texnologiya olduqca yaxşılaşdırıldı, yeni texniki və bədii istehsalat vasitələri inkişaf etdirildi, dekorativ tətbiqi sənət, xalçaçılıq da daxil olmaqla, öz inkişafının yeni mərhələsinə qədəm qoydu.

1970-1980-ci illərdə ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə müasir standartlara uyğun bir sıra xalçaçılıq müəssisələri yaradıldı və yüksək keyfiyyətli xalçalar müxtəlif ölkələrə ixrac olunmağa başladı.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *