22.11.2011/08:29; Əhmədinecadın məsləhətçisi bir il həbs cəzasına məhkum edildi

Əhmədinecadın məsləhətçisi bir il həbs cəzasına məhkum edildi

İran prezidenti Mahmud Əhmədinecadın rabitə və mətbuat üzrə məsləhətçisi, həmçinin rəsmi İRNA informasiya agentliyinin başçısı postunu tutmuş Əli Əkbər Cavanfekr il həbs cəzasına məhkum  edilmişdir.

Məhkəmə onu  «İslamın normalarına zidd olan materialların» nəşrində günahkar bilmişdir. Həmçinin ona üç il ərzində jurnalistika ilə məşğul olmaq qadağan edimişdir.

Cavanfekrin günahı ondan ibarətdir ki, məqalələrin birinə şərh edərkən yazmışdır ki, çarşab fars müsəlman qadınlarının əzəli-ənənəvi geyimi olmamışdır və bu adət kənardan gətirilmişdir.

Analitiklər hesab edirlər ki, İRNA rəhbərinin üzərində məhkəmə prosesi siyasi köklərə malikdir və bu Əhmədinecadla onun opponentləri olan mühafizəkarlar arasında hakimiyyət uğrunda gedən mübarizənin nəticəsidir.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *