21.11.2011/10:14; Gəncədəki Sevinc qəsəbəsi sakinləri ilə şəhər rəhbərliyinin görüşü keçirilmişdir

Gəncədəki Sevinc qəsəbəsi sakinləri ilə şəhər rəhbərliyinin görüşü keçirilmişdir

Gəncədəki 21 saylı orta məktəbin həyətində Sevinc qəsəbəsi sakinləri ilə şəhər rəhbərliyinin görüşü olmuşdur. Görüşü giriş sözü ilə açan şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev son dövrdə şəhərdə aparılan abadlıq – quruculuq işləri ilə qəsəbə sakinlərinə məlumat vermişdir.

Sevinc qəsəbəsinin problemlərinə toxunan icra başçısı qeyd etmişdir ki, bu qəsəbə şəhərdən kənarda müasir şəhərsalma mədəniyyətinin tələblərinəcavab verməyən infrastrukturaya malik bir qəsəbədir.  Qəsəbə sakinlərinə məlumat verən şəhər rəhbəri bildirmişdir ki, yaxın gələcəkdə Gəncə şəhərində müasir şəhərsalma mədəniyyətinin tələblərinə cavab verən 5 qəsəbə-Cavad xan, Məhsəti Gəncəvi, Natəvan, Sadıllı və Çeyxzamanlı-qəsəbələri qəsəbə statusunu alacaq. Bunun üçün müvafiq sənədlər hazırlanmış və baxılmaq üçün Milli Məclisə göndərilmişdir. Həmin qəsəbələrdən biri də sizin yaşadığınız Sevinc qəsəbəsidir ki, onun da adı dəyişdirilərək tanınmış Azərbaycan şairi Məhsəti Gəncəvinin şərəfinə  Məhsəti qəsəbəsi adlandırılacaq. Qəsəbənin mərkəzi yaradılacaq.Qəsəbədə icra nümayəndəliyi, bələdiyyə, mədəniyyət evi, poçt, teleqraf, polis sahə məntəqəsi, səhiyyə ocaqları və s. fəaliyyət göstərəcək və onun özünün büdcəsi olacaq.

Bundan sonra qəsəbə sakinlərinin ərizə, şikayət və təklifləri dinlənilmişdir. Qəsəbə sakinlərindən Həsən Abdullayev, Əmir Şükürov, Fəxrəddin Məmmədov, Təranə Nağıyeva, Elnarə Mahmudova və digərləri çıxış edərək məktəbəqədər təhsil müəssisəsinin olmamağından, küçələrin adlarının və evlərin nömrələrinin yoxluğundan, telefonlaşma ilə bağlı problemlərdən, artezian quyularının işləməməsi ucbatından su probleminin olmasından, küçəlrin işıqlandırılması sistemindəki problemlərdən, sahibsiz itlərdən və nəqliyyat problemlərinin olmasından şikayət etdilər. Şəhər icra hakimiyyətinin başçısı mıvcud problemlərin tədricən aradan qaldırılacağını söylədi.

Tədbirdə iştirak edən idarə və müəssisə rəhbərlərinə müvafiq göstərişlər verildi. Tədbirin gedişi müddətində qəsəbənin nəqliyyat problemi həll olundu. Tədbirdə iştirak edən sakinlər respublikada yaranan sağlam mühit və Gəncəyə göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbəri İlham Əliyev cənablarına minnətdarlıqlarını bildirərək qəsəbəyə yeni ayrılmış irihəcmli marşrut avtobuslarla evlərinə yollandılar.

“Kür” İnformasiya Agentliyi, Gəncə.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *