21.11.2011/08:28; Türkiyədə 30 milyon saxta Rusiya rublu müsadirə edildi

Türkiyədə 30 milyon saxta Rusiya rublu müsadirə edildi

İstambulda polis Rusiya rubllarını çap edən 17 saxtakarı saxlamışdır. İstambul polisinin iki zabiti cinayətkar qrupa başçılıq edirmiş. Bu haqda xarici KİV-lər bildirmişlər.

Axtarış vaxtı cinayətkarlardan Rusiyaya göndərilməsi üçün nəzərdə tutulan 30 milyon rubl məbləğində beş minlik küpürlər   götürülmüşdür. Hal-hazırda dəstənin səkkiz iştirakçısının həbs edilməsi məlumdur.

Xatırladaq ki, Rusiyada indiyə qədər ən çox saxtalaşdırılan 1 min rublluq küpürlər olmuşdur. Rusiya Mərkəzi Bankının statistikasına əsasən 2011-ci ilin iyul, avqust və sentyabr ayı ərzində bu nominalın olan 19 min 784 saxta küpür aşkar edilmişdi.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *