21.11.2011/08:08; Qocalmaq istəmirsinizsə nar şirəsi için

Qocalmaq istəmirsinizsə nar şirəsi için

İspan alimləri belə bir nəticəyə gəlmişlər ki, nar şirəsi qocalma prosesinin ləngidilməsinə imkan yarada bilər. İspaniyanın ProbelteBio  xüsusi laboratoriyasından olan alimlər, hər gün təbii meyvədən hazırlanmış nar şirəsi içən 60 könüllü üzərində tədqiqat keçirmişlər.

Alimlər onu bir çoxlarının sevmədiyi narın spesifik dadını götürmək üçünkapsullar şəklində sınaq iştirakçılarına vermişlər. Bundan sonra alimlər sınaq iştirakçılarının orqanizmlərində müəyyən kimyəvi maddələrin fəallığını izləmiş və onların göstəricilərini müqayisə etmişlər.

Məlum olmuşdur ki, nar şirəsi içən insanlarda qəfəsləri zədələyə bilən, beyinin, qaraciyərin, böyrəklərin və əzələlərin fəaliyyətinin pisləşməsinə səbəb olan, həmçinin dəridə tipik dəyişikliklər yarada bilən marker əhəmiyyətli dərəcədə azalmışdır.

Tədqiqatçılar belə nəticəyə gəlmişlər ki, nar şirəsi həqiqətən dezoksiribinuklein turşusunun qəfəslərində qocalmanın qaçılmaz nəticəsi olan diroksidativ prosesi ləngitməyə kömək etmişdir.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *