21.11.2011/08:16; Rusiya İslam üzrə mütəxəsislərin hazırlığına bir milyard rubl xərcləyəcək

Rusiya  İslam üzrə mütəxəsislərin hazırlığına bir milyard rubl  xərcləyəcək

Rusiyada İslam tarixi və mədəniyyəti üzrə mütəxəsislərin hazırlığı davam etdiriləcək, ən yaxın üç ildə bu məqsədə dövlət təxminən 1 milyard rubl ayıracaq. Bu haqda Rusiya prezidenti Dmitri Medvedyev bildirmişdir.

» Bizdə bu məqsədə bu ilə, eləcə də 2012 və 2013-cü ilərə büdcədən kifayət qədər pul ayrılması  nəzərdə tutulmuşdur — demək olar ki, 1 milyard rubl», — Ufada müsəlman ruhanilərinin nümayəndələriylə görüşdə  Medvedyev belə demişdir. Onun sözlərinə görə, «Rusiyada dini müxtəlifliyin inkişafına daima diqqət ayrılmış və hazırda da  ayrılır».

«İslam tarixi və mədəniyyəti üzrə mütəxəssis hazırlığı keyfiyyətinin artırılması, islam mənəvi təhsil müəssisələrinin Rusiya Federasiyası maarif sisteminə tam inteqrasiyası — sözsüz ki, əhəmiyyətli məsələdir», — Rusiyanın dövlət başçısı belə vurğulamışdır.

Rusiya prezidenti onu da əlavə etmişdir ki, » Biz onda çox maraqlıyıq ki, bizdə güclü və effektiv islam təhsili yaranmış olsun.  Bizim müsəlman ruhanilərimizin nüfuzunun yalnız Rusiyada deyil, həm də bütün dünyada yüksək olmasında ondan da çox maraqlıyıq».

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *