20.11.2011/17:19; Qarakənd səması üzərində Azərbaycanın siyasi elita nümayəndələrinin olduğu hərbi vertolyotun ermənilər tərəfindən məhv edilməsi günündən 20 il ötdü

Qarakənd səması üzərində Azərbaycanın siyasi elita nümayəndələrinin olduğu   hərbi vertolyotun ermənilər tərəfindən məhv edilməsi   günündən 20 il ötdü

Bu gün Azərbaycanın müstəqilliyi tarixində ən faciəli günlərdən birinin ildönümüdür.  APA xatırlatmışdır ki, Xocavənd rayonunun Qarakənd səması üzərində Azərbaycanın siyasi elita nümayəndələrinin olduğu   hərbi vertolyotun ermənilər tərəfindən məhv edilməsi günündən -20 noyabr 1991-ci il -20 il ötür.

Vertolyotun məhv edilməsi nəticəsində ölkənin görkəmli dövlət xadimləri və jurnalistlər həlak olmuşlar. Həlak olan insanlar arasında — dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, keçmiş daxili işlər naziri olmuş dövlət müşaviri Məhəmməd Əsədov,  deputatlar Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zulfi Hacıyev, prezidentin Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstanın daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan televiziyasının jurnalisti Alı Mustafayev olmuşlar. Qəza nəticəsində 22 nəfər həlak olmuşdur.

20 noyabr 1991-ci il tarixdə  «Mi-8» hərbi vertolyotunda həlak olan şəxslər aşağıdakılardır:

— Tofiq Kazım oqlu İsmayılov – dövlət katibi

— İsmət İsmayıl oğlu Qayıbov – baş prokuror

—  Məhəmməd Nəbi oğlu Əsədov – dövlət müşaviri

—  Zulfi Saleh oğlu Hacıyev – baş nazirin müavini

—  Vaqif Cəfər oğlu Cəfərov – deputat

—  Vəli Hüseyn oğlu Məmmədov  – deputat

—  Osman Mirzəhüseyn oğlu  Mirzəyev — prezident aparatının şöbə müdiri

—  Qurban Hüseyn oğlu Namazəliev– nazir müavini

— Plavski iqor Aleksandroviç – prokuror DQMV-nin prokuroru

— Vladimir Vladimiroviç Kovalyov – DQMV-nin daxili işlər idarəsini rəisi

— Serqey Semyonoviç İvanov – DQMV-nin milli təhlükəsizlik şöbəsinin rəisi

— Nikolay Vladimiroviç Jınkin – fövqəladə vəziyyət rayonunun komendantı

— Sanlal Dasumoviç Serikov – Qazaxıstan daxili işlər nazirinin müavini

— Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru

— Oleq Nikolayeviç Koçerev – polkovnik-leytenant

— Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi

— Alı Mustafa oğlu Mustafayev – televiziya jurnalisti

— Arif İsmayıl oğlu Hüseynzadə– AzTV-də işıqçı

— Faxraddin İbrahim oğlu Şahbazov – video-operator

— Vyaçeslav Vladimiroviç Kotov – vertolyotun ekipaj komandiri

— Gennadi Vladimiroviç Domov – vertolyotun ekipaj üzvü

— Dmitri Borisoviç Yarovenko – vertolyotun ekipaj üzvü

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *