20.11.2011/16:21; Britaniyada 22 yaşlı məhkəmə klerki rüşvət üstündə ilk ittiham edilmiş şəxs oldu

Britaniyada 22 yaşlı məhkəmə klerki rüşvət üstündə ilk ittiham edilmiş şəxs oldu

O 500 funt rüşvət qəbul etdiyinə görə 6 il həbs cəzasına məhkum olundu. RİA Novostinin xəbər verdiyi kimi rüşvətin müqabilində o məlumat bazasına yol hərəkəti qaydalarının pozulması detallarını  daxil etməməyə söz vermişdir.

Britaniyada rüşvətxorluq haqqında Qanun bu ilin yayında qüvvəyə minmişdir. Əvvəllər ingilis hüquq təcrübəsində belə maddə  mövcud olmamışdır, amma qanunvericilikdə belə cinayətlərə korrupsiya ilə mübarizə çərçivəsində baxılırdı.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *