20.11.2011/15:50; «Avroviziya 2012» mahnı müsabiqəsinin keçiriləcəyi binanın eskizini CNN telekanalı öz reportajında nümayiş etdirdi

 «Avroviziya 2012» mahnı müsabiqəsinin keçiriləcəyi  binanın eskizini  CNN telekanalı öz reportajında nümayiş etdirdi

«Baku Crystal Hall» idman kompleksinin tikintisi Dövlət Bayrağı Meydanının ətrafında cari ilin sentyabrında başlanmışdır. Təxminən 25 min nəfərin yerləşdiriləcəyi kompleksin 2012-ci ilin aprelində istismara veriləcəyi planlaşdırılır.

Azərbaycanın əmlak məsələləri üzrə Dövlət komitəsinin Bakıda Dövlət Bayrağı Meydanında yeni idman-konsert kompleksinin tikintisində Almaniyanın məşhur ALPINE Bau Deutchland AG   şirkəti tenderin qalibi olmuşdur.

Xatırladaq ki, növbəti müsabiqənin yarımfinalı 2012-ci ilin may ayının 22 — 24-də,   finalı isə  mayın 26-da  Bakıda keçiriləcək.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *