19.11.2011/10:09; YAP Daşkəsən rayon təşkilatının VII konfransı keçirilmişdir

YAP Daşkəsən rayon təşkilatının  VII konfransı  keçirilmişdir

  Bu gün YAP Daşkəsən rayon təşkilatının  VII konfransı öz işinə başlamışdır.Konfrans nümayəndələri ilk öncə əbədiyaşar ulu öndər, bu partiyanın qurucusu və yaradıcısı Heydər Əliyevin şəhərin mərkəzində ucalan abidəsi önünə tər gül-çiçək dəstələri qoymuş, ona hörmət və ehtiramlarını ifadə etmişlər.

Konfransın  işi rayon Mədənçilər mədəniyyət evində dövlət himninin səsləndirilməsi ilə davam etdirilimişdir.Sonra YAP Daşkəsən rayon təşkilatının  sədri Meydanəli Yolçuyev təşkilatın  VI konfransından ötən dövr ərzində görülən işlərdən, uğurlardan və nailiyyətlərdən bəhs edən məruzə etmişdir. Natiq bildirmişdir ki, Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatı öz fəaliyyətini Ümummilli Lider Heydər Əliyevin ideyalarının, Yeni Azərbaycan Partiyasının IV qurultayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin proqram xarakterli nitqindən irəli gələn müddəaların yerinə yetirilməsinə yönəltmişdir. YAP Daşkəsən rayon təşkilatı ölkə Preztdenti cənab İlham Əliyevin tövsiyyələrinə uyğun olaraq Ümummilli Liderimiz Heydər Əliyev ideyalarına, onun siyasətinə, dünya baxışlarına, fəlsəfəsinə sadiq qalaraq, rayonumuzun inkişaf etməsi üçün əlindən gələni etməkdədir.

Əvvəlki illərə nisbətən Gənclər Birliyinin, Qadınlar Şurasının, təşkilat və ideologi şöbələrin işi daha da genişləndirilmiş, rayon təşkilatının ilk partiya təşkilatları ilə əlaqələri möhkəmlənmiş, partiya maarifçilik işi gücləndirilmişdir. Çoxsaylı gənclər, qadınlar və ağsaqqallar sıralarımıza qəbul olmaq üçün ilk partiya təşkilatlarına müraciət etmişlər. Bu gün 3703 nəfər YAP üzvü 76 ilk partiya təşkilatında birləşmişdir.

Davamli olaraq YAP Daşkəsən rayon təşkilatı bütövlükdə Partiyanın Proqram və Nizamnamə tələblərinin yerinə yetirilməsi sahəsində YAP üzvlərinin qüvvələrini səfərbər edə bilmiş və partiyanın siyasi, təşkilati işlərinin canlandırılması istiqamətində zəriri tədbirlər həyata keçirmişdir.

Rayon təşkilatının say tərkibinin artımı istiqamətində ciddi irəliləyişlərə nail olunmuşdur. VI konfransdan keçən müddət ərzində 693 nəfər YAP sıralarına qəbul edilmişdir. YAP Daşkəsən rayon təşkilatının tərkibində 1513 nəfər qadın, 2190 nəfər kişi və 1256 nəfər gənc təmsil olunur.

Rayon təşkilatı ictimai – siyasi fəaliyyətində vətəndaş həmrəyliyinə, konstruktiv əməkdaşlığa həmişə üstünlük vermiş, ümumdövlət məqsədlərinə xidmət edən siyasi partiya və ictimai qurumlarla əlaqələrin genişlənməsinə çalışmışdır.

YAP Daşkəsən rayon təşkilatı son illərdə 15 oktyabr 2008-ci ildə prezident, 18 mart 2009-cu ildə referendum, 23 dekabr 2009-cu ildə bələdiyyə və 7 noyabr 2010-cu ildə keçirilən parlament seçkilərində yaxından iştirak etmişdir. Partiya fəallarımız bütün seçkilərdə seçicilərlə görüşlər keçirmiş, ölkədə əldə olunan yüksək nəticələr barədə əhaliyə faktlar əsasında məlumatlar vermişlər. Görülən işlərin və zəngin seçki təcrübəsinin nəticəsində bütün seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlər seçicilərin mütləq əksəriyyətinin dəstəyini qazanmışlar.

Rayon təşkilatının tərkibində Gənclər Birliyinin fəaliyyəti diqqəti xüsusilə cəlb edir. Bu gün məlumat verə bilərəm ki, rayon təşkilatının say tərkibinin 1256 nəfərini, yəni 33,9 faizini gənclər təşkil edir. Sevindirici haldır ki, gənclər partiyada çoxsaylı bir qrup kimi fəaliyyət göstərir. Müşahidə və təhlillər göstərir ki, gənclərin partiya sıralarına axını nəticə etibarı ilə hörmətli İlham Əliyevin gənc nəslə hər cür qayğı göstərməsindən, gənclər siyasətini ölkədə həyata keçirilən ümumi prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirməsindən irəli gəlir.

Gənclərimiz Ümumilli liderimiz Heydər Əliyevə öz əməlləri ilə sədaqətini bildirmək məqsədilə müxtəlif yarışlarda, ədəbi – bədii dispudlarda, Qoşqar dağının zirvəsinə «Heydər Əliyev» lövhəsinin vurulmasında, Şahdağın Qızıl Qaya massivində «Heydər Əliyev zirvəsi» nin ziyarət edilməsində fəal iştirak etmişlər.

2 nəfər gənc YAP üzvümüz Abdullayev Xəqani Abduləli oğlu 90 kq çəkidə 180 kq və Rüstəmov Elvin Vüqar oğlu 67 kq çəkidə 115 kq nəticə göstərməklə ağırlıqqaldırma üzrə Azərbaycan Respublikası çempionatında I yeri tutaraq qızıl medala layiq görülmüşlər.

Məruzəçi daha sonra qeyd etmişdir ki, Bu gün Daşkəsən rayonunda qaynar bir həyatın, iqtisadiyyatın dinamik inkişafının, sosial — mədəni tərəqqinin, əhalinin maddi rifah halının daha da yaxşılaşdırılmasının şahidi olursan. Ən önəmlisi odur ki, qısa zaman kəsiyində Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı hörmətli Əhəd Abıyevin təşəbbüsü ilə Daşkəsən rayonunu girəcəyində Bayraq meydanı və istirahət parkı, Daşkəsən şəhərində «Yeni həyat» xeyir – şər evi tikilib istifadəyə verilmişdir. Yaxın vaxtlarda Mərkəzi Rayon Xəstəxanası və 16 mənzilli yaşayış binası istifadəyə veriləcəkdir. Xoşbulaq kəndində «Gənclərin təlim və istirahət mərkəzi» inşa olunmaqdadır.

Natiqin məruzəsində ifadə edilmişdir ki, Daşkəsən rayonunda gələcəkdə daha böyük yenidənqurma, abadlıq və quruculuq işləri görüləcəkdir. Bu məqsədlə Rayon İcra Hakimiyyətinin rəhbərliyi altında layihələr hazırlanmış və aidiyyəti ünvanlara təqdim olunmuşdur. Biz YAP olaraq bu layihələrin həyata keçirilməsində öz fəallığımızı daim nümayiş etdirəcəyik.

Konfrans YAP Daşkəsən rayon təşkilatının  Nəzarət-Təftiş qrupunun sədri Yaşar Məhərrəmovun hesabat məruzəsini də dinləmişdir.Məruzələr  ətrafında İ.Nəsimi adına ilk partiya təşkilatının sədri R.Aslanova, Bayan ərazi ilk partiya təşkilatının sədri E.Alıyev, YAP Daşkəsən rayon təşkilatının  Gənclər Birliyinin sədri E.Rzayev çıxış etmişlər.

Konfransın işində Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev yekun nitqi söyləmişdir. O, konfrans iştirakçılarını əlamətdar gün münasibətilə təbrik etdikdən sonra yekun nitqində demişdir :

— Hörmətli Mübariz müəllim və dəyərli siyasi həmfikirlərim!

Birmənalı olaraq bildirirəm ki, müasir Azərbaycanın inkişafı yeni nailiyyətlər hesabına daha dinamik hala gəlmiş, ölkəmiz dünya miqyasında möhtəşəm uğurların müəllifi qismində  çıxış etməyə başlamışdır.Xalqımızın öz hüquqlarını yenidən suveren şəkildə reallaşdırmağa başlamasından sonra keçilən inkişaf yolu, qazanılan müvəffəqiyyətlər Azərbaycanı tarix üçün kifayət qədər qısa sayıla biləcək zaman kəsiyində nəinki mövcud olduğu regionda, həm də dünya coğrafiyasında lider mövqeyə yüksəltmişdir.

Bunun ən real təsdiqi Azərbaycanın yeni tarixinin ən parlaq səhifələrindən birini təşkil edən və məqsədyönlü şəkildə həyata keçirilən diplomatiyamızın böyük uğurunun məntiqi nəticəsi kimi ölkəmizin dünyanın ən böyük təşkilatı olan BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsidir. Təhlükəsizlik Şurasına seçkilər zamanı 155 ölkənin Azərbaycan lehinə səs verməsi, artıq respublikamızı bu mötəbər qurumda Şərqi Avropa dövlətlərinin əsas təmsilçisinə çevirmişdir.Hər bir azərbaycanlının qürur duyduğu, böyük iftixar hissi keçirdiyi bu hadisənin Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə təsadüf etməsi eyni zamanda qeyd edilən müddət ərzində həyata keçirilən xarici siyasət strategiyasının möhtəşəm təntənəsindən xəbər verir.

BMT-nin ən ali orqanı sayılan Təhlükəsizlik Şurasına üvzlük əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün ulu öndərin ən layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən zamanın çağırışına cavab verən yeni əlavələrlə daha da zənginləşdirilən xarici siyasətimizin parlaq zəfəridir.

Azərbaycanın Avropa musiqi yarışmasında qazandığı parlaq qələbəni də bura əlavə etsək möhtəşəm bir mənzərə alınar.

O da önəmli faktordur ki, Azərbaycanın həm çoxşaxəli xarakter daşıyan sürətli inkişafının, həmçinin dünya miqyasında tanınmasının, nüfuz sahibinə çevrilməsinin əsas özülü ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi ilk dönəmdə qoyulmuşdur. Azərbaycançılıq məfkurəsinin genişləndirilməsini qarşıya əsas məqsədlərdən  biri kimi qoyan ulu öndərin məqsədyönlü siyasəti və fəaliyyəti nəticəsində Azərbaycan artıq “dəmir pərdə”ləri aralayaraq beynəlxalq miqyasa çıxmağa nail ola bilmişdir.Ermənistanın ölkəmizə təcavüzü nəticəsində ərazilərimizin 5/1 hissəsinin işğal altına düşməsi, bir milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrilməsi, ictimai-siyasi proseslərin hər keçən gün daha gərgin məcrada inkişaf etməsi ölkə iqtisadiyyatında idarəetmə və istehsal intizamının pozulması, bu qəbildən olan digər hallar vəziyyəti davamlı olaraq ağırlaşdırırdı.Bütün bunlar isə dövlətçiliyin və müstəqilliyin məhvini qaçılmaz edirdi.Yaşanan problemlər səbəbindən artıq öz suverenliyini itirmək təhlükəsi ilə üz-üzə qalan Azərbaycan xalqı yenə də müdriklik göstərərək böyük oğlu, nüfuzlu dövlət xadimi, ümummilli lider olan Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasını təkidlə tələb etdi.

Ölkəmizdə partiyaların yaranması ən mühüm daxili proseslərdən biridir.Yeni Azərbaycan Partiyası məhz çətin anlarda bu proseslərin getdiyi bir dövrdə yarandı.

Sonra Əhəd Abıyev bildirdi ki,1992-ci ilin noyabr ayının 21-də Naxçıvanda Partiyanın təsis konfransı keçirildi.Ümummilli liderə —  faktiki olaraq Milli Azadlıq Hərəkatının Naxçıvan regional fəaliyyətinə rəhbərlik edən Heydər Əliyevə Azərbaycanda gedən ictimai-siyasi proseslərdən kənarda qalmamaq üçün müraciət edildi.Həmçinin Azərbaycanın çətin vəziyyətində xalqa köməyinin lazım və onun siyasətə qarışmasının mütləq zəruri olduğunu əsaslandıraraq, ayır-ayrı ziyalı şəxslər Naxçıvana gedirdilər.

Ümummilli lider Heydər Əliyevin o zaman Azərbaycanın gələcəyi ilə bağlı proqnozlar verməsi, kommunist partiyası rəhbərliyinin yarıtmaz siyasətini tənqid etməsi, SSRİ rəhbərliyinin antiazərbaycan siyasətinə qarşı çıxması, o vaxtkı rəhbərliyin Dağlıq Qarabağ məsələsinə aid xəyanətkar siyasətini və erməniləri dəstəkləmələrini ifşa etməsi və bunlardan irəli gələn təzyiqlər həmin dövrün daxili proseslərinin ümumi xüsusiyyətini müəyyən edirdi.Məhz belə bir proseslərin gedişatında Yeni Azərbaycan Partiyasının ətrafında ümumazərbaycan hərəkatı formalaşmağa başlamışdı və faktiki olaraq Yeni Azərbaycan Partiyasının yaranması prosesi ümumazərbaycan prosesinə çevirmişdi.Ona görə də Yeni Azərbaycan Partiyası yarandığı gündən ümumxalq partiyasına çevrilib.

Əlbəttə, elə şəraitdə hər bir xalqa müdrik lider lazım olur.Əgər xalqa ümumxalq dəstəyi olan lider tərəfindən rəhbərlik edilməzsə, onun bu və ya digər təşəbbüsləri, iradəsi ortaya qoyulmazsa, ağır şərait dövləti uçuruma apara bilər.Ona görə də 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaranması, sözün həqiqi mənasında, həmin proseslərdən doğan və Aəzrbaycanın faktiki olaraq, ictimai-siyasi həyatında  bir ümumxalq hadisəsinə çevrilmək prosesi idi. Həqiqətən, Yeni Azərbaycan Partiyasının yaranması yenicə müstəqillik qazanmış Azərbaycanın həyatında tarixi ictimai-siyasi prosesə çevrildi. Yeni Azərbaycan Partiyasının hakimiyyətə gəlməsi ilə Azərbaycanda nümunəvi siyasi fəaliyyət ortaya qoyuldu.Yəni, görünən odur ki, YAP Azərbaycanın siyasi sisteminin inkişafına yeni dinamizm gətirdi, siyasi mübarizənin sivil normalarını ortaya qoydu,demokratik dəyərlərin bərqərar olmasını, vətəndaş cəmiyyətinin formalaşmasını təmin edən elementləri cəmiyyət həyatına daxil etdi. YAP xalq üçün fəaliyyət göstərməyin nümunəsini ortaya qoydu.

Qeyd etdiyim ki, Yeni Azərbaycan Partiyası yaradıldığı gündən ümumxalq partiyasına çevrilib.YAP Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin nümayəndələrinin güclü və davamlı dəstəyinə malikdir.Şəxsən hal-hazırda mən Yeni Azərbaycan Partiyasından başqa bu qədər geniş əlaqələrə malik partiya tanımıram.YAP dünyanın aparıcı dövlətlərinin hakim partiyaları ilə konstruktiv münasibətlər qurub.Bundan başqa, YAP-ın nümayəndələri əməkdaşlıq etdiyi partiyaların qurultayında, eynilə, xarici ölkələrin partiyalarının nümayəndələri YAP-ın qurultay və beynəlxalq tədbirlərində iştirak edirlər.

Beləliklə, bildirmək istəyirəm ki, təməli sağlam olan, daim Azərbaycan xalqının maraqlarını müdafiə edən Yeni Azərbaycan Partiyasının prinsipləri, amalları da milli mənafelərə əsaslanır. Ona görə də YAP bundan sonrakı onilliklər, yüzilliklər ərzində Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edəcək və ölkəmizin köklü problemlərinin həllində partiyanın öz dəsti-xətti görünəcək.

Eşq olsun Yeni Azərbaycan Partiyasına, yaşasın Heydər Əliyev ideyaları!

Daha sonra Əhəd Abıyev qeyd etdi ki, Azərbaycanı dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas edən, onu yaranmış ağır vəziyyətdən çıxarıb beynəlxalq birliyə inteqrasiyasını və dünyanın hüquqi arenasında öz layiqli yerini tutmasını təmin edən, əsil liderlik keyfiyyətlərinə, böyük dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyev 2-ci dəfə hakimiyyətə gəldikdən sonra ölkənin yeni inkişaf strategiyasını , o cümlədən də xarici siyasət prioritetlərini müəyyən etdi.Həyatını təmənnasız olaraq mənsub olduğu xalqa xidmətə həsr edən ulu öndər böyük uzaqgörənliklə ilk növbədə Azərbaycanı geosiyasi oyunlar məngənəsindən çıxarıb onu öz milli maraqlarını hər zaman qorumaq iqtidarına malik olan həqiqi müstəqil dövlətə çevirdi.

Ümummilli liderin müəyyən etdiyi bu inkişaf strategiyası hazırda onun layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdə, Azərbaycanı lider dövlətlər cərgəsinə yüksəltməkdədir. Cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən və ilk növbədə sosialyönümlü problemlərin kompleks həllinə geniş imkanlar açan səmərəli islahatlar, imzalanan mühüm fərman və sərəncamlar ölkəmizdə müşahidə olunan iqtisadi inkişafın sürətləndirilməsinə xidmət etməklə yanaşı, dünya miqyasında Azərbaycanın mövqelərini daha da möhkəmləndirməkdədir.

Birmənalı şəkildə qəbul olunmuş həqiqətdir ki, son səkkiz ildə dövlət başçısı İlham Əliyevin titanik fəaliyyəti nəticəsində ulu öndər Heydər Əliyevin ideyaları uğurla həyata keçirilir, Azərbaycanın beynəlxalq nüfuzu durmadan artır, ölkənin iqtisadi qüdrəti ildən-ilə yüksəlir. Prezident İlham Əliyevin respublikanın regionlarına artıq ənənəyə çevrilmiş çoxsaylı səfərləri, sıravi vətəndaşlarla səmimi görüşləri zamanı qaldırılan məsələlər həll olunmuş, mövcud problemlərin operativ şəkildə aradan qaldırılması təmin edilmişdir.Dövlət başçısının dəfələrlə vurğuladığı kimi, onun fəaliyyətinin başlıca məqsədi doğma xalqının müstəqil, azad və firavan yaşamasını təmin etməkdir.bunu cənab Prezidentin Daşkəsən rayonuna daimi diqqət və böyük qayğısında da görmək mümkündür.

Təqdirəlayiq haldır ki, bu gün tərəqqisi hərtərəfli xarakter daşıyan Azərbaycanın əldə etdiyi nailiyyətlərdə Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatının da özünəməxsus payı var və ümumi inkişafa partiyamızın verdiyi töhfələr ildən-ilə artır.Hazırda dinamik inkişafını inamla davam etdirən, ulu öndər Heydər Əliyevin memarı və qurucusu olduğu müstəqil Azərbaycan möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında sürətli tərəqqi yolu gedərək daha böyük nailiyyətlərə imza atmaqda, beynəlxalq aləmdə nüfuzunu artırmaqda, region dövlətləri arasında lider statusunu möhkəmləndirməkdədir.Həmişə olduğu kimi, bundan sonra da Daşkəsən rayon sakinləri Prezident İlham Əliyevin Müstəqil Azərbaycanın daha da qüdrətlənməsi naminə yeritdiyi daxili və xarici siyasəti tam dəstəkləyəcək, vətənin çiçəklənməsi üçün əllərindən gələni əsirgəməyəcək.

Allah möhtərəm Prezidentimiz İlham Əliyevi qorusun, Prezidentimiz də xalqımızı.

Konfransın işində Yeni Azərbaycan Partiyasının məsul işçisi Rəfael Gülməmmədov, Yeni Azərbaycan Partiyasının  qərb bölgəsi üzrə rayon təşkilatının sədrləri iştirak etmişlər.Millət vəkili, YAP İcra Katibinin müavini Mübariz Qurbanlı konfransın işində iştirak və çıxış etmişdir.

Konfransda təşkilati məsələlərə baxılmış, 26 nəfərdən ibarət şura üzvü, 5 nəfərdən ibarət Nəzarət-Təftiş qrupunun  üzvləri və Yolçuyev Meydanəli Binəli oğlu isə yenidən Yeni Azərbaycan Partiyasının Daşkəsən rayon təşkilatının sədri seçilmişlər.

Konfrans iştirakçıları Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə müraciət qəbul etmişlər.

 Sahib Əhmədov, “Daşkəsən” qəzetinin baş redaktoru

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *