19.11.2011/08:38; Böyük Çin Səddini təmir etməyə başladılar

Böyük Çin Səddini təmir etməyə başladılar

Çinin şimal-qərbində yerləşən Qansu əyalətinin Szyayuyquan şəhərinin administrasiyası Böyük Çin Səddinin qərb sahəsini yenidən bərpa etməyə başlamışdır. Bərpa işlərinə 2,03 milyard yuan (317 milyon $) pul xərcləmək planlaşdırılir.

Layihə Min sülaləsinin hökmüranlığı dövründə (1368-1644 il)  tikilmiş Böyük Çin Səddinin  başlandığı Szyayuy alaqapısı ərazisində divar sahəsinin  təmirini nəzərdə tutur. Bundan başqa, layihə çərçivəsində tematik park və divarın vəziyyətinin yoxlanılması üzrə  mərkəz tikiləcək.

Layihə əsasən mərkəzi büdcədən maliyyələşdirilmə yolu ilə həyata keçiriləcək.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *