19.11.2011/08:16; Avropa Komissiyasının Transxəzər qaz kəməri haqqında Türkmənistan və Azərbaycanla danışıqlara başlamasından Moskva narazıdır

 Avropa Komissiyasının Transxəzər qaz kəməri haqqında Türkmənistan və Azərbaycanla danışıqlara  başlamasından Moskva narazıdır

Avropa Komissiyasının Transxəzər qaz kəməri haqqında Türkmənistan və Azərbaycanla danışıqlara  başlamasından Moskva narazıdır. Avropa Birliyində Rusiyanın nümayəndəsi Vladimir Çijov xatırlatmışdır ki, belə niyyətlər Xəzəryanı dövlətlərin beynəlxalq razılaşmalarını pozur.

O qeyd etmişdir ki, Moskva ümid edir ki, Avropa Birliyi bu əndişələrə qulaq asmayacaq. Söhbət «beş» Xəzəryanı dövlətlərin  Xəzər dənizinin rejiminə aid olan bütün prinsipial məsələləri prinsip etibarı ilə konsensus yolu ilə həll etməkdən kedir.

Bu ərəfədə məlum olmuşdur ki, Rusiya «Cənub axını» qaz kəməri layihəsinin «Avropanın marağına xidmət edən » layihə kimi formalaşmasında Fransanın  kömək göstərməsini xahiş etmişdir.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *