18.11.2011/08:32; London alıcılar üçün ən yaxşı paytaxt sayılır

London alıcılar üçün ən yaxşı paytaxt sayılır

London «lüks» kateqoriyalı və geniş istehlak mallarının alınmasına görə dünyanın ən yaxşı paytaxtı sayılmışdır. «intellidjens yunit İqtisadçısı» təşkilatı tərəfindən keçirilmiş tədqiqatın  nəticələri belədir. Britaniya paytaxtından sonra Barselona, Madrid, Paris və Roma kimi şəhərlər gəlir.

Siyahıda paytaxtların və meqapolislərin mövqeləri 38 meyarla-ticarət mərkəzlərinin sayı, onların yerləşməsinin rahatlığı, tematik müxtəliflik,  məşhur markalı malların onlarda mövcudluğu, qiymət səviyyəsi, satılan malların cazibədarlığı ilə təyin edilmişdir. Həmçinin  bu şəhərlərə gələn turistlərin sayı və xidmətlərin keyfiyyəti, satıcıların xüsusi halda xarici dillərə  yiyələnməsi də hesablama zamanı nəzərə alınmışdır.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *