18.11.2011/08:10; Avropa Parlamenti ilk dəfə Abxaziya və Cənubi Osetiyaya dair qətnamədə «işğal» terminindən istifadə etdi

Avropa Parlamenti ilk dəfə Abxaziya və Cənubi Osetiyaya dair qətnamədə «işğal» terminindən istifadə etdi

Sənəddə Rusiyanı  bu gürcü regionlarından qoşunları çıxarmağa və oraya avropa müşahidəçilərini buraxmağa çağırış olmuşdur. Məruzədə qeyd edilir ki, bu regionlar «işğal edilmiş ərazilər» elan  olunmalıdır.

Bu ərəfədə Gürcüstan prezidenti Mixail Saakaşvili demişdir ki, «işğal» termini işlədilən Avropa Parlamentinin  qətnaməsi tarixi hadisə olacaq.
Rusiyanın duma komitəsinin Beynəlxalq işlər üzrə   birinci sədr müavini Leonid Slutskiy isə Avropa Parlamentini ikiqat standartlı siyasətdə  ittiham etmişdir. Rusiya öz mövqeyini dəyişdirməyəcək, — «Exo Moskva» radiostansiyasına müsahibəsində deputat belə demişdir.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *