17.11.2011/09:18; Məktəb müəllimləri və valideynlər üçün Uşaqların informasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı treninqlər keçiriləcək

Məktəb müəllimləri və valideynlər üçün Uşaqların informasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı treninqlər keçiriləcək

 “Multimedia” Mərkəzi 18 noyabr 2011-ci il tarixində  “İnternetdə uşaqların təhlükəsizliyinin təmin edilməsi və uşaqlarda informasiya mədəniyyətinin formalaşması”  mövzusunda treninq keçirəcək.

Məktəb müəllimləri və valideynlər üçün təşkil oluna Treninq “Uşaqların informasiya təhlükəsizliyinin təmin edilməsi”  layihəsi çərçivəsində keçirilir.

Treninq iştirakçıları  İnternetdə işləyərkən uşaqların zərərli informasiyalardan qorunması ilə bağlı nəzəri və praktiki biliklər əldə edəcəklər.  Kompüterdə təhlükəsiz işləmək vərdişlərinin aşılanması ilə bağlı məlumatlar veriləcək.  Uşaqların İnternetdən və mobil texnologiyalardan daha effektiv və zərərsiz istifadəsi üzrə hazırlanan tövsiyələr treninq iştiraklarına təqdim olunacaq. Ekspertlər tərəfindən pullu və pulsuz proqramlardan istifadə edilməklə  uşaqların zərərli informasiyalardan  necə qorunması ilə bağlı praktiki nümunələr nümayiş etdiriləcək.

Məlumat üçün bildiririk ki, adı çəkilən Layihə çərçivəsində “Uşaqları zərərli informasiyalardan qorunmasında məktəbin , valideynlərin və  ictimai qurumların rolu” mövzusunda Dəyirmi Masa keçirmək, İnternet resursunu təkmilləşdirmək, informasiya təhlükəsizliyinin qorunması ilə bağlı tövsiyələr hazırlamaq nəzərdə tutulub.

Layihə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə və Təhsil Nazirliyi Təhsil sisteminin İnformasiyalaşdırılması idarəsi ilə əməkdaşlıq çərçivəsində təşkil olunur.

Aybəniz Vəliyeva

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *