17.11.2011/08:47; İsveçin sahillərində XVII əsrin hərbi gəmisi aşkar edildi

İsveçin sahillərində XVII əsrin hərbi gəmisi aşkar edildi

İsveç dayverləri ölkənin şərq sahilləri yaxınlığında yerləşən Eland adasının sahillərində Baltika dənizinin dibində 17 əsrin «Sverdet» hərbi gəmisini aşkar etmişlər. Bu haqda yerli KİV-lər bildirmişlər.

» Sverdet» İsveç dilindən tərcümədə  qılınc mənasını bildirir. Gəmi Elanda sahillərindən cənub-şərqə  Baltikin dibində 70 m dərinlikdə yaxşı halda qalmışdır. Dalğıclar  soyğunlardan qorxduqlarına görə gəminin olduğu yerin dəqiq koordinatlarını bildirmək istəmirlər.

Dalğıclardan birinin jurnalistlərə dediyinə görə,  1 iyun 1676-cı ildə dəniz döyüşü zamanı  Danimarka-Holland donanması  isveçlilər üzərində qələbə qazanmış və «Sverdet» hərbi gəmisini də elə həmin döyüşdə batmışdır. Gəmi batan zaman onun içində 86 top və 600 nəfər döyüşçü olmuşdur.

Xatırladaq ki, həmin döyüş vaxtı 1981-ci ildə aşkar edilmiş İsveç donanmasının digər 17 əsr —  «Krona»  nəhəng gəmisi də məhv olmuşdur.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *