16.11.2011/09:25; Azərbaycan Sənaye Sığorta Azərbaycan Respublikası Mərkəzi Bankının balansında olan əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin (kasko) sığortalanması ilə əlaqədar tenderin qalibi oldu

Azərbaycan Sənaye Sığorta  Azərbaycan Respublikası Mərkəzi Bankının balansında olan əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin (kasko) sığortalanması ilə əlaqədar tenderin qalibi oldu

 Azərbaycan Respublikası Mərkəzi Bankı öz balansında olan əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin (kasko) sığortalanması ilə əlaqədar keçirdiyi tenderin nəticələrini elan etmişdir.

Tenderdə təqdim edilmiş təkliflərin qiymətləndirilməsinin nəticələrinə əsasən tender komissiyasının qərarı ilə əsas vəsaitlərin və nağd pulun sığortası üzrə «Azərbaycan Sənaye Sığorta» Açıq Səhmdar Cəmiyyəti tenderin qalibi elan edilmişdir. Bundan sonra sığorta şirkəti ilə müvafiq sığorta müqavilələri bağlanmışdır.

Tenderdə bir çox yerli sığorta şirkətləri iştirak etmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, “Azərbaycan Sənaye Sığorta” ASC bu tenderdə ilk dəfə təkliflə çıxış etmişdir, nəticədə əmlak sığortası və nağd pulun sığortası üzrə tenderin qalibi olmuşdur.

«Azərbaycan Sənaye Sığorta» ASC-nin təqdim etdiyi təkliflər əsasən maliyyə və sığorta şərtləri amilləri üzrə qiymətləndirilmiş və Mərkəzi Bankın tələblərinə cavab verən ən uyğun təkliflər hesab edilmişdir.

Xatırladaq ki, şirkətin səhmdarları, hər birinin payı 50% olmaqla “Azərbaycan Sənaye Bankı” ASC və “Anadolu İnvestment Company” MMC-dir. Şirkət Cİ Sığorta Şirkəti adı ilə 17 dekabr 1996-cı ildə təsis edilmişdir və 12 mart 2007-ci ildə adını dəyişdirərək “Azərbaycan Sənaye Sığorta” Şirkəti kimi fəaliyyətini davam etdirmişdir.

Şirkətin nizamnamə kapitalı 6,000,000 AZN təşkil edir. Şirkət müştərilərə 28 könüllü və 5 icbari olmaqla cəmi 33 sığorta növü üzrə xidmət göstərir.

Rafiq Şahverdiyev,
Marketinq və İctimai Əlaqələr Departamenti

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *