16.11.2011/08:27; Çinin kəndində Putinin oxşarını aşkar etdilər

Çinin kəndində  Putinin oxşarını aşkar etdilər

Çin jurnalistləri  mərkəzi Çinin ucqar kəndlərindən birində Rusiyanın baş naziri Vladimir Putinin oxşarını aşkar etmişlər. Bu haqda yerli KİV-lər bildirmiılər.
Lo Yuanpin Mərkəzi Çinin Anxoy əyalətinin Lunszyuy kəndində yaşayır. O sadə kəndlidir.

Rusiya baş naziriylə 48 yaşlı Lo Yuanpinin valehedici oxşarlığını kənddə olmuş yerli qəzetlərdən birinin müxbiri aşkar etmişdir. Kənddə «məşhur adamların» meydana çıxmasına çox şad olmuşlar. Lo Yuanpin ona «Putinin qardaşı» ləqəbi veriməsinə etiraz etməmişdir.

«Əlbəttə, mən — əvvəlki kimi elə mənəm, əvvəlki kimi tarlada işləyirəm, ona görə bu mənada heç nə dəyişməmişdir», — Lo Yuanpin jurnalistlərə belə demişdir. Rusiya baş nazirinin oxşarı bununla belə hesab edir ki, onun gözlənilməz məşhurluğu ona evlənmək üçün qadın tapmağa kömək edəcək. Lonun sözlərinə görə, o indi peşəsini dəyişmək və şəxsi şou təşkil etmək haqda fikirləşir.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *