16.11.2011/08:17; Avropa Parlamenti bal arılarının ölümünə qarşı mübarizəni gücləndirəcək

Avropa Parlamenti bal arılarının ölümünə qarşı mübarizəni gücləndirəcək

Avropa Parlamenti bal arılarının ölümünə qarşı mübarizəni gücləndirmək tələbi ilə çıxış etmişdir. Bu haqda Strasburqda plenar iclasda bəyənilmiş xüsusi qətnamədə belə deyilir.
Qəbul olunmuş qətnamədə arılar üçün baytarlıq preparatlarının daha elastik icazə qaydalarının yaradılmasına çağrılır.

Bundan başqa, sənəddə əczaçılıq şirkətlərini yeni dərmanların, o cümlədən varroa gənələri kimi arı xəstəliklərinə qarşı ixtisaslaşdırılmış dərmanların yaradılmasına sərmayə qoymağın stimullaşdırmasına ehtiyacı olduğu qeyd edilir.

Arıların sağlamlığına pestisidlərin əhəmiyyətli dərəcədə təsir  göstərməsi ilə əlaqədar  deputatlar fermerlərlə xüsusi təlimlər  keçirməyin vacib olduğunu hesab edirlər.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *