15.11.2011/10:37; İsraildə bütün qrip növlərinə qarşı peyvənd hazırlayırlar

İsraildə bütün qrip növlərinə qarşı peyvənd hazırlayırlar

Bütün dünya qripin yeni növlərinin meydana çıxmasından daim ehtiyat edir.  Minlərlə insanı həyatdan məhrum etmək qabiliyyətinə malik olan quş qripi, donuz qripi və onlara oxşar digər epidemiya doğura bilən xəstəlikləri buna aid etmək olar.

Bu problemi həll etmək üçün  İsrailin Vaysman İnstitutunun laboratoriyalarında  cəsarətlə «Qiyamət gününün vaksini» adlandırılan və istənilən qrip növünün öhdəsindən gələn universal peyvən hazırlayırlar.

» Bu vaksin indiyədək mövcud olan və gələcəkdə çıxa biləcək istənilən qrip növünün öhdəsindən gələcək. Belə peyvənd edilən şəxslər həmin xəstəliklərdən qoruna biləcəklər, — universal vaksinin alınması üzərində işləyən professor Rut Arnon belə deyir.

Onun kolleqası doktor Tami Ben-Yadidiya isə demişdir: «Alim kimi, mən zəmanət verə bilmirəm ki, hər şey mükəmməl olacaq, amma biz ümid edirik ki, hər şey yaxşı olacaq».

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *