15.11.2011/09:57; ABŞ 13 noyabrda Cənubi Osetiyada keçirilmiş prezident seçkilərini tanımadı

ABŞ 13 noyabrda Cənubi Osetiyada keçirilmiş prezident seçkilərini tanımadı

Bu haqda Dövlət departamentinin nümayəndəsi Mark Toner bildirmişdir. Bundan əvvəl ABŞ hakimiyyəti dəfələrlə bildirirmişdir ki, Cənubi Osetiyanın və Abxaziyanın müstəqilliyini tanımır.

Vaşinqton bu əraziləri Gürcüstanın tərkib hissəsi hesab edir. Seçkiləri həmçinin Gürcüstan və Avropa Birliyi də tanımamışdır.  Cənubi Osetiyada 27 noyabrda seçkilərin 2-ci turu olacaq. İkinci turda praktik olaraq eyni miqdarda  səs toplamış (25%) FHN-nın başçısı Anadolu Bibilov və keçmiş təhsil naziri Alla Cıoyeva  iştirak edəcəklər.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *