15.11.2011/09:40; Tacik miqrantlarına Rusiyaya giriş tamamilə qadağan edilə bilər

Tacik miqrantlarına Rusiyaya giriş tamamilə qadağan edilə bilər

Rusiyanın baş sanitar həkimi Genadi Onişenko «Exo Moskva» radiostansiyasının efirində bunu  istisna etməmişdir.
Xatırladaq ki, Tacikistanda  Rusiya pilotlarına hökm çıxardıldıqdan sonra tacik miqrantları barəsində münaqişə  qızışmışdır. Rusiya pilotlarını qaçaqmalçılıqla məşğul olduqları üçün səkkiz il yarım  azadlıqdan məhkum etmişlər.

Rusiyadan Tacikistana yalnız qeyri-leqal miqrantlar göndəriləcəklər.  Federal miqrasiya xidmətinin mətbuat katibi Zalina Kornilova belə bəyanatla  «Exo Moskva» radiostansiyasının efirində çıxış etmişdir. O vurğulamışdır ki, Federal Miqrasiya Xidmətinə bu sərəncamı  Rusiya prezidenti Dmitri Medvedyev vermişdir.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *