15.11.2011/08:07; İranda qarın altından 60 nəfər Azərbaycan vətəndaşı xilas edildi

İranda qarın altından  60 nəfər Azərbaycan vətəndaşı xilas edildi

İranın Ərdəbil əyalətinə səfər vaxtı Lyanqan avtomagistralında qar uçqunu altına düşmüş Azərbaycanın 60 vətəndaşını xilas edilmişdir. İranın İRNA informasiya agentliyi  bildirmişdir ki, bu barədə İranın Qırmızı Aypara Təşkilatının  sədri Mahmud Müzəffər məlumat vermişdir.

Mahmud Müzəffərin sözlərinə görə, qarla örtülmüş yolda donmaq təhlükəsiylə rastlaşmiş insanlar artıq istiliklə təmin edilmişdir. «Onlara isti yorğanlar, çörək, xurma və konservlər  paylanmışdır», — Mahmud Müzəffər belə demişdir. Təşkilatın sədri onu da əlavə etmişdir ki, Azərbaycan vətəndaşlarının arasında həmçinin qadınlar və uşaqlar vardır. Onların vəziyyəti qənaətbəxşdir.

İranın başqa regionlarında — Cənubi Azərbaycan və Gilan əyalətlərində qar tufanları nəticəsində, həmçinin Tehranda və Alborzedə qarla örtülmüş yollarda çoxlu sayda avtomobillər və insanlar ilişib qalmışdır. Avtomagistralların bir hissəsi ümumiyyətlə nəqliyyat üçün bağlanmışdır.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *