14.11.2011/08:38; Oman Qaz İxrac Edən Ölkələr forumunun üzvü oldu

Oman Qaz İxrac Edən Ölkələr forumunun üzvü oldu

Qaz İxrac Edən Ölkələr forumu Omanı təşkilatın tərkibinə  qəbul etmişdir. Qatarın paytaxtı Doxedə keçirilən Qaz İxrac Edən Ölkələr forumu nazirləri görüşünün nəticəsi haqqında Rusiya Federasiyasının energetika naziri Serqey Şmatko bildirmişdir. Onun sözlərinə görə,  bir neçə  dövlətin  sifarişləri hələlik forumun müzakirəsində baxılacaq.

 » Görüşdə Qaz İxrac Edən Ölkələr forumunun səlahiyyətlərinin və  fəaliyyət sferalarının genişləndirilməsinə  ehtiyac olduğu qeyd edilmişdir. Xüsusi halda bu yeni texnologiyaların inkişafına və analitik işin dərinləşməsinə aiddir.

Qaz İxrac Edən Ölkələr forumuna Rusiya, Əlcəzair, Misir, İran, Qatar, Liviya, Trinidad və Tobaqo, Venesuela, Boliviya, Nigeriya və Ekvator Qvineyası kimi dövlətlər daxildir.  Norveç, Niderland və Qazaxıstan forumda müşahidəçi statusuna malikdir.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *