15.10.2011/08:08; Sultan Kabus ilk ərəb operasını açdı

 Sultan Kabus ilk ərəb operasını açdı

Oman sultanı Kabus  Ərəbistan yarımadasındakı Muskatda ilk operanı açmışdır. Kabus özü böyük musiqi azarkeşidir və yalnız onun yorulmaz səyi sayəsində bunu etmək mümkün olmuşdur. Açılış mərasimində sultan bildirdir: «Omanın zəngin mədəniyyətinin  beynəlxalq nailiyyətlərə qoşulmaq və onun inkişafına öz töhfəsini vermək vaxtı çatmışdır».

Omanın Opera Evində ilk təqdimetmə Turandot oldu. Operaya əfsanəvi Franko Dzefirelli dirijorluq edirdi. Verona xoruna isə dünyaşöhrətli musiqiçi Plaçido Dominqo  rəhbərlik edirdi.

Oman operası birinci mövsümü daha çox yaddaqalan etməyə söz vermişdir. Proqramda Plaçido Dominqo , Andrea Boçelli, Reni Fleminqin sopranosu, London Filarmoniya Teatrı, Amerika Balet Teatrı, Nyu-York Linkoln-Mərkəzinin caz çıxışları, ərəb möcüzəsi Məcd Rumi və «Don-Kixot» qoyulmuşdu.

Operanın sahəsi 80 min kvadrat metr təşkil edir, onun yarısından çoxu  gözəl bağlardır.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *