14.10.2011/08:20; Avropa Birliyi və Türkmənistan qazın Avropaya nəql edilməsi üçün baza hazırlayır

Avropa Birliyi və Türkmənistan  qazın Avropaya nəql edilməsi üçün baza hazırlayır

Avropa Birliyi və Türkmənistan  türkmən qazının Avropaya çatdırılmaları üçün müqaviləyə uyğun-hüquqi baza yaradılmasına başlamışlar. Bu haqda Türkmənistan prezidenti Qurbanqulı Berdiməhəmmədov Avstriyanın federal prezidenti Xaynsem Fişerlə Aşqabadda apardıqları danışıqlar zamanı  bildirmişdir.

» Bu gün biz avropa istiqamətində türkmən enerjidaşıyıcısılarının çatdırılmaları üçün müqaviləyə uyğun-hüquqi bazanın yaradılmasına başlayırıq. Bu məqsədlə maraqlı tərəflərin  rəhbər və energetika strukturları ekspertlərinin daxil olduqları xüsusi işçi qrupu yaradılmışdır», — Berdiməhəmmədov belə demişdir.

O qeyd etmişdir ki, Türkmənistan energetika sahəsində Avropa ilə konstruktiv dialoqa girməyə meyllidir və Avstriyanı onda fəal iştirak etməyə dəvət edir.

Tərəflərin danışıqlarının nəticəsinə görə energetika sahəsində əməkdaşlığın aktivləşməsi üzrə  qarşılıqlı anlaşma,  həmçinin hava nəqliyyatı haqqında razılaşma, Türkmənistanın Xarici İşlər Nazirliyi  və Avstriyanın avropa və beynəlxalq işləri üzrə  Federal Nazirliyi arasında 2012-ci ildə əməkdaşlıq proqramını, eləcə də təhsil sahəsində əməkdaşlıq haqqında memorandum imzalanmışdır.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *