13.10.2011/08:23; ABŞ ilə Çin arasında ticarət müharibəsi başlaya bilər

ABŞ ilə Çin arasında ticarət müharibəsi başlaya bilər

ABŞ senatı  Çin yuanının dəyərini yüksəltməyə yönəldilmiş qanun layihəsini dəstəkləmişdir. İndi sənəd Nümayəndələr Palatasına müzakirəyə göndəriləcək. Reuters agenliyinin bildirdiyi kimi, qanun ABŞ hökumətinə milli valyuta məzənnəsinin saxlanılmasının köməyi ilə öz ixracına maddi yardım verən ölkələrdən mallara rüsum qoymağa imkan verəcək.

Pekin xəbərdarlıq etmişdir ki, belə qanunun qəbulu dövlətlər arasında ticarət müharibəsinin başlanmasına gətirib çıxara bilər. Çin Xalq Respublikası Xarici İşlər Nazirliyi bildirmişdir ki, bu qanun layihəsi proteksionist bir addımıdır və xəbərdarlıq etmişdir  ki, onun təsdiqi iki ən böyük dövlətin dünya iqtisadiyyatının bərpası cəhdlərini heçə endirə bilər.

Nazirlik Obama administrasiyasını sənədə qarşı çıxış etməyə çağırmışdır.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *