11.10.2011/08:38; Asiya ölkələrində qadınlar çatışmır

Asiya ölkələrində  qadınlar çatışmır

Valideynlərə gələcəkdə doğulacaq uşağın cinsini müəyyən etməyə imkan verən  ultrasəs tədqiqatı texnologiyasının yayılması ona gətirib çıxarmışdır ki, Asiyada qadın çatışmamazlığı yaranmışdır; zəif cinsin nümayəndələrinin ən böyük defisiti — Çində və Hindistandadır.

Bu məlumatlar Hanoyda Birləşmiş millətlər təşkilatının Fondu və Vyetnam hökuməti tərəfindən təşkil edilmiş konfransda elan edilmişdi.

Cinsiyyəti təyin etmək imkanı ona gətirir ki, çox valideynlər «planlı şəkildə abortlara» üstünlük verirlər. Ölkələrin əksəriyyətində hər doğulan yüz qız uşağına say nisbətində  104 – 106 oğlan uşağı düşür. Ancaq son 25 ildə bu rəqəmlər təkcə ayrı -ayrı asiya dövlətlərində əhəmiyyətli dərəcədə dəyişmişdir: belə ki, yüz yeni doğulmuş qıza Çində 118,1 , Hindistanda — 110,6, Azərbaycanda — 117,6, və  Vyetnamda — 111,2 oğlan uşağı düşür.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *