11.10.2011/08:29; BMT: ərzağın qiymətləri artmaqda davam edəcək

BMT: ərzağın qiymətləri artmaqda davam edəcək

BMT-nın Ərzaq və kənd təsərrüfatı təşkilatının hesabatında bildirilir ki, ərzağın qiymətləri- düyü, buğda, ət və başqa əsas ərzaq məhsulları daxil olmaqla, ən yaxın bir neçə ildə artmaqda davam edəcək.

Bu ona gətirib çıxara bilər ki, idxaldan asılı olan ölkələrdə əhalinin kasıb təbəqələri arasında aclıq baş verəcək.  Fevralda dünyada qida məhsullarının qiymət indeksləri öz tarixində maksimum həddə çatdı və «Ərəb baharı» adı altında qarışıqlığa və inqilabi çıxışlara səbəb oldu. O vaxtdan ərzaq bir az ucuzlaşdı.

BMT 2009-cu ildə dünyada aclıq çəkən 1,02 milyard insanın sayını 2015-ci ildə 600 milyona qədər azaltmağı qarşısına məqsəd qoymuşdur, ancaq ərzaq qıtlığına  görə bunu etmək çətin olacaq.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *