11.10.2011/08:17; Ən köhnə avtomobil 4,6 milyon dollara satıldı

 Ən köhnə avtomobil 4,6 milyon dollara satıldı

Dünyada ən köhnə -1884-cü ildə istehsal edilmiş işlək olan avtomobil 4 milyon 620 min dollara hərracda satılmışdır.  La Marquise adını daşıyan De Dion Bouton Et Trepardoux Dos-A-Dos Steam Runabout avtomobili raritet nəqliyyat vasitələri üçün rekord qiymət vurmuşdur.

 Raritet avtomobil RM Auctions amerika hərrac evində satışa qoyulmuşdu. Hərracın təşkilatçıları avtomobili 2-2,5 milyon dollara satmağı planlaşdırırdılar.   hansı ki,  Bu avtomobilin bütün tarixi üçün onun   beşinci sahibi olan La Marquise alıcısının adını  hərrac evi açıqlamamışdır.

Fransız aristokratı  qraf de Dion onun yaradılmasında iştirak edən La Marquisenin birinci sahibi olmuşdur.  1906-cı ildə de Dion avtomobili fransız ordusunun zabiti Anri Doriolyuya satmışdır. Onun ailəsi 1987-ci ilə qədər La Marquiseyə sahib olmuşdur.

Klassik maşınların Britaniya klubunun üzvü Tim Mur avtomobili bərpa etmiş və onu tamamilə işlək vəziyyətə gətirib çıxardaraq onun növbəti sahib olmuşdur.

2007-ci ildə La Marquise Texasdan olan kolleksiyaçı Con  O’Kuinnuyə 3,63 milyon dollara satılmışdı. 2009-cu ildə O’Kuinnin  ölümündən sonra onun varisləri  tərəfindən La Marquise hərraca qoyulmuşdu.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *