10.10.2011/08:24; Almaniya Yunanıstana müstəqillikdən imtina etməyi təklif etdi

Almaniya Yunanıstana müstəqillikdən imtina etməyi təklif etdi

Almaniya parlamentinin aşağı palatasının sədr müavini, «Xristian-demokratik ittifaqı»  mühafizəkar partiyası idarə heyətinin üzvü  Mixail Fuks yunan mətbuatına bildirmişdir ki, müflis olmaqdan qaçmaq üçün, Yunanıstana qismən  milli müstəqillikdən imtina etmək lazımlıdır. O hesab edir ki, məhs belə addımın atılması Afinalılara borcların silinməsinə nail olmağa imkan verəcək.

«Yunanıstan müflisliyin iki addımlığındadır və biz, öz növbəmizdə ona daim hörmət etməyə razı deyilik. Borcların qismən silinməsi üçün, Afinalılara heç olmasa müvəqqəti olaraq nədənsə imtina etmək lazımdır, məsələn, milli müstəqilliyin müəyyən hissəsindən», — Fuks belə demişdir. Onun sözlərinə görə, borc böhranının aradan qaldırılması üçün kreditorlara ən azı 50% borcu Yunanıstana bağışlamaq lazım olacaq.

Bundestaqın sədr müavini hesab edir ki, Yunanıstan avrozonadan kənarlaşsa daha yaxşı olar. Fuks onu da əlavə etmişdir ki, «Mən əmin deyiləm ki, Avropa Birliyində üzvlük maliyyə bazarlarında rəqabətə davamlılığın və etibarın ölkəyə qaytarılması üçün ən yaxşı variantdır»,

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *