10.10.2011/08:31; Xu Szintao Tayvanla Çinin yenidən birləşdirilməsinə çağırdı

Xu Szintao Tayvanla Çinin yenidən birləşdirilməsinə çağırdı

Çin Xalq Respublikasının sədri Xu Szintao «Çinin sülh yolu ilə yenidən birləşməsinə» — yəni Tayvanla Çinin yenidən birləşdirilməsinə çağırmışdır. Bu çağırışla Çin Xalq Respublikasının lideri 1911-ci il Çin inqilabının 100-illiyinə həsr edilmiş rəsmi mərasimdə çıxış etmişdir.

«Biz  Tayvan körfəzinin hər iki tərəfdən Çin xalqını bölən ziddiyyətlərlə qurtarmalıyıq, keçmişin yaralarını sağaltmalı və Çin millətinin yeniləməsinə birlikdə cəhd etməliyik», — Xu Szintao bildirmişdir. «Sülh yolu ilə yenidən birləşmə bütün çinlilərin-həmçinin Tayvanda yaşayan bizim həmyerlilərimizin  köklü maraqlarına xidmət edir»,  — o əlavə etmişdir.

1949-cu ildə Çində vətəndaş müharibəsi nəticəsində «Qomindanın» millətçi hökuməti özü üçün «Çin respublikası» adını saxlayıb Tayvan adasına qaçmışdır. Eyni zamanda Kommunist partiyasının rəhbərliyi altında kontinental Çində hal-hazıra qədər hakimiyyətdə olan Çin Xalq Respublikası yaradılmışdı.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *