08.10.2011/08:19; Ayda titan yataqları tapıldı

Ayda titan yataqları tapıldı

NASA LRO zondunun bortundan görünən və ultrabənövşəyi diapazonda çəkilmiş şəkil Ayda titan yatağını aşkar etməyə imkan vermişdir. Bu haqda Fransanın Nant şəhərində keçirilən planetoloqların konfransında amerika alimləri bildirmişlər.

Alimlər bir ay ərzində  LRO bortundan çəkilmiş təxminən 4 min şəkil üzərində işləmiş və Ayda tapılan titan yataqlarının xəritəsini tərtib etmişlər. Yer kürəsində  bəzi dağ süxurlarında titanın ən yüksək konsentrasiyası 1%-i ötmür. LRO tədqiqatları isə göstərmişdir ki, Ayın səthinin bəzi yerlərində titanın konsentrsiyası 1%-dən 10%-ə qədər təşkil edir.

Robinson demişdir ki, hələlik o və onun kolleqaları Ayda titanın o qədər yüksək konsentrasiyasını heç cürə izah edə bilmirlər, amma fakt özü Yer kürəsi peykinin təkamülünün anlaması üçün çox əhəmiyyətli ola bilər.

Ay titanı əsasən dəmiri, titan və oksigeni özündə saxlayan ilmenitin mineralının tərkibinə daxildir Ayın gələcək sakinləri bu elementlərin alınması üçün bu mineraldan istifadə edə biləcəklər.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *