07.10.2011/18:06; L Oreal laboratoriyalarında ağ saçlar üçün həblər hazırlandı

L Oreal laboratoriyalarında ağ saçlar üçün həblər hazırlandı

L Oreal şirkətinin laboratoriyalarında ağ saçlar üçün həblər hazırlanmışdır. Gündə bir həbin qəbulu dərin qocalığa qədər təbii saç rəngini saxlamağa imkan verir.  Alimlər söz verirlər ki, preparat əks təsirlərə malik olmayacaq, çünki onun tərkibində müxtəlif meyvələrin cövhəri vardır.

L Oreal şirkətinin bioloji kosmetika bölməsinin başçısı  Bruno Bernard hesab edir ki, formulu sirr kimi qalan qida əlavəsindən nəinki qadınlar, eləcə də kişilər geniş şəkildə istifadə edəcəklər. Bu halda o xəbərdarlıq etmişdir ki, preparatın qəbuluna ilk ağ saçın yaranmasına qədər başlamaq lazımdır.

Şirkət söz verir ki, preparat azad satışa artıq 2015-ci ildə çıxacaq.

Əvvəllər bildirilirdi ki, alimlər ağ saçla mübarizənin üsulunu tapmışlar. Tədqiqatlar göstərmişdir ki, saçın rənginə Wnt adlı xüsusi zülal təsir edir. Alimlər qeyd etmişlər ki, əgər Wnt genetik dəyişikliklərə məruz qalarsa, onda saçağarma prosesini dayandırmaq mümkün olar. Buna uyğun sınaq siçanlarda müvəffəqiyyətlə həyata keçirilmişdir.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *