05.09.2011/ 08:39; Hindistan İrana olan beş milyard dollar neft borcunu qaytardı

Hindistan İrana olan beş milyard dollar neft borcunu qaytardı

Hindistan neftin ixracı üçün İrana 5 milyard dollar borcunu qaytarmışdır. Bu haqda İran Mərkəzi bankının idarə heyətinin sədri Mahmud Baxmati bildirmişdir. » Hindistanın neftə görə beş milyard borcu haqqında məsələ nizama salınmışdır.

İran nefti satmaqla həmişə bu ölkənin kreditoru ola bilər», — Baxmati jurnalistlərə belə demişdir. O qeyd etmişdir ki, borc nəğd pulla ödənilmişdir. Avqustun başlanğıcında Hindistan borcdan 1 milyard avro ödəmişdir ki, bu da ölkəyə İran neftinin nəqlini davam etməyə imkan vermişdir.

Hindistan Çindən sonra İran neftinin ikinci ən böyük istehlakçısıdır, İran İslam Respublikasından ixrac olunan neftin 20% -ni bu ölkə idxal rdir. İrandan nəql olunan neft Hindistanın  ehtiyacının 12%-ni təmin edir.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *