04.09.2011/ 08:13; İran Maltanın bank sistemini almaq niyyətindədir

İran Maltanın bank sistemini almaq niyyətindədir

Wikileaks saytının dərc etdiyi sənədlərə əsasən İran İslam Respublikasının rəhbərliyi Qərbin ona qarşı tətbiq etdiyi maliyyə blokadasının yan keçmək üçün Maltanın bank sistemindən istifadə etmək niyyətindədir.
Wikileaks ABŞ-ın Maltadakı müvəqqəti işlər vəkili Ceyson Devisin Malta Maliyyə Nazirliyinin baş direktoru Alan Karuan ilə söhbətinin məzmunu haqqında Dövlət departamentinə göndərilmiş teleqramı dərc etmişdir.

Karuanın sözlərinə görə, bir müddət əvvəl  Maltanın Fransadakı səfiriylə İran səfiri söhbət etmişdir. O Maltanın maliyyə sisteminə böyük maraq ifadə etmiş və Malta banklarına «bir neçə milyard avro» sərmayə qoymağı təklif etmişdir.

Səfir Malta banklarının  Avropa Birliyinin nəzarəti altında olub-olmamasını öyrənməyə cəhd etmişdir. Maltalılar ona müsbət cavab verdikdən sonra o qeyd etmişdir ki, bu məsələ » heç bir problem yaratmamalıdır, çünki Fransa məsələn, hal-hazırda 4 milyard İran avrosunu qəbul etməyi müzakirə edir».

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *