02.09.2011/ 08:30; Fransa ölkənin 35% neftini almaq müqabilində Liviya qiyamçılarını dəstəklədi

Fransa ölkənin 35% neftini almaq müqabilində Liviya qiyamçılarını dəstəklədi

Fransa və İtaliya hökumətlərinin Müəmmər Qəddafiyə qarşı Liviya üsyançılarını dəstəkləməsi faktı öz müəmmalı aurasını itirməyə başlayır. Fransanın Liberation qəzeti qiyamçıların  Qatar hökumətinə məktubunu dərc etmişdir.

Məktubun üzərinə aprelin 3-də dərkənar qoyulmuşdur və məktub Fransa ilə Benqazi qiyamçılarının rəhbərliyi ilə bağlanmış sazişi özündə əks etdirir.  Qiyama verilən hərbi dəstəyə əvəz olaraq onun liderləri ölkədə əldə edilən xam neftin 35%-ni  fransızlara verməyə söz vermişlər.

Neft bazarının analitikləri qeyd edirlər ki, Fransa və İtaliya hökumətlərinin qiyamçılara göstərdikləri güclü dəstək nəticəsində Qəddafinin devirilməsindən Total (Fransa) və Eni (İtaliya) neft şirkətləri daha çox bəhrələnəcəklər.

Fransanın Xarici İşlər Nazirliyi bildirmişdir ki, ona belə məktubun mövcudluğu haqqında » heç nə məlum deyil». Liviyanın Keçid şurasının nümayəndələri Liberationda nəşr olunan məktuba şərh etməkdən imtina etmişlər.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *