02.09.2011/ 08:14; Yunan polisi on il əvvəl Belçika muzeyindən oğurlanmış XVII əsr Flamand rəssamı Piter Paul Rubensin rəsm əsərini müsadirə etdi

Yunan polisi on il əvvəl Belçika muzeyindən oğurlanmış XVII əsr  Flamand rəssamı Piter Paul Rubensin rəsm əsərini müsadirə etdi

Qanun keşikçiləri həmçinin bildirmişlər ki, 1618-ci ilin şah əsərini 1 milyon avroya satmağa çalışmış iki yunanı həbs etmişlər. «Parça üzərində olan bu qiymətli əsərin geri qaytarılması bizim üçün böyük müvəffəqiyyət olmuşdur.

Mədəniyyət nazirliyindən ekspertlər artıq rəsm əsərinin orijinallığını təsdiq etmiləşr», — şəkilin adını dəqiqləşdirməyən polislərdən biri belə qeyd etmişdir. Yunan hakimiyyəti həmçinin bildimişdir ki, bu şah əsərini tamaşaçılara  daha sonra təqdim edəcəklər.

Belçikanın Gent şəhərinin təsviri incəsənət muzeyinin əməkdaşları vurğulamışlar ki, onların kolleksiyasından on il əvvəl Rubensin «Kaledonsayağı qaban ovu » rəsm əsəri oğurlanmışdır.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *