26.08.2011/08:26; Hersoginya Alba toya görə üç milyard dollardan imtina etdi

Hersoginya Alba toya görə  üç milyard dollardan imtina etdi

Ölkənin ən titullu qadını hesab edilən İspan aristokratı 18-ci hersoginya Alba öz sevgilisi, sosial təminat departamentinin 60 yaşlı  əməkdaşı Alfonso Diesa ərə getməyi planlaşdırır. 85 yaşlı ispan xanımının rəsmi bəyanatında deyilir ki, toy mərasimi oktyabrın əvvəlində olacaq.

Hersoginyanın ailəsi onun sadə insana ərə getmək qərarına qarşı çıxırdı, çünki ailə üzvləri hesab edirdilər ki, o hersoginyanın puluna sahib olmaq istəyir. Nəticədə hersoginya Alba 3 milyard dolları ötən öz varidatından imtina etməyə qərar vermişdir. Hersoginya pulları özünün beş oğlu, qızı və səkkiz nəvəsi arasında bölüşdürmüşdür. Puldan başqa onlardan hər biri daşınmaz əmlakdan pay alacaq. Sənəd imzalandıqdan sonra hersoginyanın qohumları toya öz razılığını vermişlər.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *