Doğma Vətən qürur mənbəyimizdir

Doğma Vətən qürur mənbəyimizdir

Hər bir azərbaycanlı dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq Azərbaycan dövlətinin, cəmiyyətinin problemləri ilə yaşamalı, onların həlli üçün mənəvi məsuliyyət hiss etməlidir.
İlham Əliyev

Hazırda dünyanın 30-dan çox ölkəsində azərbaycanlıların 150-dən artıq ictimai, milli-mədəni cəmiyyətləri, təşkilatları fəaliyyət göstərir.

Azərbaycan diasporu dünyanın bir çox ölkələri ilə yanaşı, Almaniyada da uğurlu yol keçib. Ümummilli lider Heydər Əliyevin xarici ölkələrdəki azərbaycanlı icmalarının, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsini nəzərdə tutan Dünya azərbaycanlılarının I qurultayının keçirilməsi ilə bağlı 2001-ci il 23 may tarixli fərmanından sonra bu iş daha sistemli və mütəşəkkil aparıimağa başladı. Ulu Öndərin xarici ölkələrə səfərləri zamanı həmin ölkələrdə yaşayan azərbaycanlılarla görüşməsi, onların fəaliyyətləri ilə maraqlanması
soydaşlarımızın bütün işlərinə həmişə böyük stimul vermişdir.

Ulu Öndərimizin Dünya azərbaycanlılarının həmrəyliyi günü ilə bağlı imzaladığı qərar hər bir azərbaycanlının milli şüurunda, düşüncə və təfəkküründə qlobal dəyişilliklər yaratmışdır. Bu qərar Almaniyada məskunlaşan 300 mindən çox azərbaycanlıların da həyatında ciddi dönüşə səbəb olmuş, uzun illər pərakəndə halında yaşayan soydaşlarımız milli diaspor ətrafında birləşməyə başlamışlar. Heydər Əliyevin Almaniyaya səfəri zamanı vaxtının məhdud olmasına baxmayaraq, bu ölkədə yaşayan azərbaycanlılarla görüşmüş, onlara dıyırli tövsiyyələr vermiş və hər bir azərbaycanlının arxasında güclü və qüdrətli Azərbaycan dövlətinin dayandığını israrla söyləmişdir.

Almaniya Azərbaycanlıları Konqresinin yaradılması da ümummilli liderimizin adı ilə bağlıdır. Almaniyanın bir çox fəaliyyət göstərən regional təşkilatlar, ictimai birliklər xalqımızın qədim adət-ənənələrini, zəngin mədəniyyətini təbliğ edərək layiqincə qoruyub yaşadırlar. Vaxtilə öz milli mənsubiyyətlərini açıq-aşkar deməyə cürət etməyən insanlar bu gün Xocalı faciəsinin ildönümündə BMT-nin, ATƏT-in və digər nüfuzlu beynəlxalq təşkilatların Almaniyadakı nümayəndəliklərinin qarçısında etiraz aksiyaları keçirərək tarixi Vətənimizə qarşı ikili standartlara son qoyulmasını tələb edirlər. Bu gün artıq Almaniyanın nüfuzlu siyasi partiyaları seçkilər zamanı Azərbaycan diasporunun gücündən də bəhrələnirlər. Artıq Almaniyanın müxtəlif şəhərlərində bizim mənafelərimizi qoruyan bir neçə deputatımız vardır. Bütün bu işlərdə Azərbaycanın Almaniyadakı səfirinin müstəsna xidmətləri vardır. Almaniyadakı səfirliyimizlə diasporumuzun apardığı birgə işlər ulu öndərin ideyalarını gündən-günə inkişaf etdirməkdədir. Bu işlərin görülməsində xidmətləri olan, əslən gəncəli Fazil Əsgərov keçirilən tədbirlər barəsində ağızdolusu danışdı.

Fazil müəllim Azərbaycanın qədim şəhərlərindən biri olan Gəncədə doğulub, boya-başa çatmışdır. Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirdikdən sonra bir sıra müəssisə və təşkilatlarda məsul işlərdə çalışmışdır. Kimya elmləri doktorudur.

Fazil Əsgərov hal-hazırda ailəsi ilə birlikdə Almaniyanın Maqdeburq şəhərində yaşayır. O, Almaniya-Azərbaycan Dostluq cəmiyyətinin formalaşması istiqamətində geniş ictimai-siyasi iş aparır.

Fazil müəllimin həyat yoldaşı Elmira xanım Maqdeburq şəhərində tərcüməçi işləyir. 4 övlad anası olan qızı Səbinə İsraildə yaşayır və orada mərkəzi xəstəxanada tibb bacısı işləyir. Oğlanları Samir və Elmir Almaniyada bizneslə məşğul olurlar. Onlar ailələrinin gözəl ənənələrini layiqincə davam etdirir və xarici ölkədə doğma Vətənin şərəfini daim uca tuturlar.

Fazil müəllim söhbət zamanı fəxrlə bildirdi ki, Azərbaycan prezidenti cənab İlham Əliyev ulu öndərin bizlərə əmanət qoyub getdiyi Müstəqil Azərbaycanı dünya ölkələri arasında yüksək piiəyə qaldırıb, artıq biz ən mötəbər məclislərdə nüfuzlu söz sahibiyik, iqtisadi inkişaf baxımından isə lider ölkələr sırasındayıq. Soydaşlarımız dövlətimizin milli mənafelərə uyğun olan müstəqil siyasət yeritməsindən, dünya ölkələri arasında mövqelərini daha da möhkəmləndirməsindən məmnunluq duyurlar. Onlar qazanılan nailiyyətlərə sevinir, Vətənimizin taleyüklü probleminin həll ediləcəyi günü səbirsizliklə gözləyirlər. Dağlıq Qarabağ probleminin aradan qaldırılması, qaçqın və köçgün soydaşlarımızın doğma yurdlarına qayıtması, dünyanın hansı guşəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının ən böyük arzusudur. Biz əminik ki, müdrik siyasət yeridən yorulmaz fəaliyyəti ilə doğma xalqı, Vətəni naminə daim çalışan Azərbaycan prezidenti cənab İlham Əliyev işğal altında olan torpaqlarımızın yaxın gələcəkdə azad edilməsinə nail olacaqdır.

Fazil müəllim söhbət əsnasında onu da qeyd etdi ki, Azərbaycan-Almaniya Dostluq cəmiyyətində və digər regional təşkilatlarda 20 Yanvar faciəsi, Xocalı, 31 Mart soyqırımiarı ilə bağlı geniş tədbirlər həyata keçirilir. Həmin mərasimlərdə erməni terrorundan bəhs edən filmlər, kitab və jurnallar nümayiş etdiririk. Zaman-zaman türk xalqlarına qarşı düşmənçilik mövqeyində dayanan erməni millətçiləri ifşa edilir, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılır. Fazil müəllimin dediklərindən:

-Mən 20 Yanvar faciəsinin 20-ci ildömündə ailəmlə birlikdə Vətəndə olmağı, doğma xalqımla həm faciə, həm də qəhrəmanlıq tariximizi qeyd etməyi, azadlıq və istiqlaliyyətimiz uğrunda şəhid olan cəsur övladların ruhunu şad etməyi özümə borc bildim. Vətənin, xalqın kədərinə, sevincinə şərik olmaq bizim hər birimizin vətəndaşlıq borcumuzdur.
Fazil müəllimin kövrəldiyini görüb onu qürbət elin qayğılı duyğularından ayırıb nikbin ovqata kökləmək istədik. Milli-mənəvi dəyərlərimizlə bağlı gördükləri işlər barəsində danışmasını xahiş etdik. Cavabında o, qeyd etdi ki, milli bayramlarımızı, tarixi günlərimizi təntənə ilə keçiririk. Milli musiqimizin, adət-ənənənlərimizin, milli mətbəximizin təbliği ilə geniş məşğul oluruq.

Bütün bu işlər almanlarda böyük maraq doğurur. Onlar xalqımızın böyüklüyünə, əzəmətinə, zəngin tarixinə və mədəniyyətinə heyranlıqlarını gizlətmirlər.

Almaniyada yaşayan soydaşlarımız 2008-ci ildə Azərbaycanda keçirilən prezident seçkilərində iştirak etmiş, yekdilliklə Heydər Əliyev siyasi kursunun davamçısı cənab İlham Əliyevə səs vermişlər. Azərbaycan diasporu 2006-cı ildə Bakıda keçirilən Dünya Azərbaycanlılarının qurultayından sonra yeni inkişaf mərhələsinə qədəm qoymuş, monolit qüvvəyə çevrilərək bir bayraq altında daha sıx birləşmişlər. Qürbətdə yandırdığımız ocaq hərarətini, qoxladığımız çiçək ətrini, əkdiyimiz ağac əzəmətini, bişirdiyimiz xörək dadını, böyütdüyümüz övladların qeyrətini, qürurunu Vətəndən alırlar. Qürbətdə gözümüzə xoş gələn, könlümüzü oxşayan hər şeyi — füsünkar gözəllikləri doğma yurdumuzla müqayisə edirik.

Fəqət nə günəşin ilıq nəfəsi, nə ocağımızın gur yanan şöləsi, üzümüzə dikilən təbəssüm dolu baxışlar xalqımızı isitmir ki, isitmir. Həsrətin niskili buz parçaları kimi ərimir ki, ərimir. Bir ovuc torpaq, müqəddəs vətən torpağı, sərhədləri aşaraq dünyanın o başından gələn bir telefon zəngi, məlahətli musiqi sədası, doğma yurdun qoxusunu gətirən zərif, hətta saralmış bir çiçək və yaxud da ki, bir yarpaq varlığımızı titrədir, içimizdə təlatüm, fırtına yaradır. Vətən, vətən deyə hayqırmaq istəyirik. Nə şöhrət, nə sərvət, nə də heç bir ilahi qüvvə vətən həsrətini unutdurmaq qüdrətinə malik deyil. Biz Vətəndə, Vətən bizim cismimizdə, varlığımızdadşr. Biz birləşəndə, bütövləşəndə Vətənimiz daha qüdrətli, biz isə daha əzəmətli oluruq.

Qürbətdə firavan həyat qurub, rahat yaşayanları dinlədikcə, onların kövrək duyğularını duyduqca doğma Azərbaycanımız gözlərimiz önündə daha da ucalır və bu bəxtiyar olkədə yaşamağınla fəxr edirsən.
Biz “Qürbət elin ömür səlnaməsi” rubrikasında Fazil müəllimlə söhbətimizi yekunlaşdırıb, ona və ailə üzvlərinə möhkəm can sağlığı və daha böyük uğurlar arzulayiriq.

“Kür” İnformasiya Agentliyi, Almaniya Maqdeburq, Fəridə Əbülfəzqızı.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *