14.08.2011/08:42; Piylənmə bədənin temperaturundan asılıdır

Piylənmə bədənin temperaturundan asılıdır

Psixologiya  professoru Roberto Refinetti  iddia edir ki, bədənin çəkisi və temperaturu arasında qarşılıqlı əlaqə mövcuddur. Messina (İtaliya) Universitetinin professoru və onun kolleqaları bir neçə il apardıqları tədqiqatın gedişatında 287 arıq və kök itlərin  rektal temperaturunu müqayisə etmişlər.

Müqayisəli analizin nəticələri göstərmişdir ki, böyük itlərdə bədənin temperaturu xırdalara nisbətən aşağıdır. Alimlər belə bir nəticəyə gəlmişlər ki, bədənin  ölçüləri eyni olan piylənmiş itlər arıq itlərə nisbətən daha çox aşağı temperatura malikdirlər.

İnsanların və heyvanların əksəriyyəti piylənmə nəticəsində artıq çəkiyə malik olurlar.  Bu o zaman baş verir ki, orqanizmə daxil olan kalori onun sərfindən çox olur. İstifadə olunmamış enerji piy şəklində orqanizmdə qalır.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *